IQNA

"Şeyx Zəkzəkiyə dəstək aksiyaları davam edəcək"

10:33 - October 04, 2016
Xəbər sayı: 3480864
Terhan, 04.10.2016 – Nigeriya İslami Hərəkatının rəsmisi İbrahim Musa Abuja bölgəsində keçirilən aksiyalarla bağlı açıqlama verib.



İbrahim Musa bildirib ki, 22 sentyabr tarixində Şeyx İbrahim Zəkzəkini dəstəkləyənlər paytaxt Abujaya yürüş ediblər.

"Şeyx İbrahim Zəkzəki azadlığa buraxılana qədər paytaxtdakı aksiyalarımız və yürüşlərimiz səngiməyəcək", - deyə İbrahum Musa vurğulayıb.

İbrahim Musa etiraz aksiyalarında polis müdaxiləsinə də toxunub: "Polis etiraz aksiyalarına müdaxilə edərkən göz yaşardıcı qazlardan istifadə etdi. Bu zaman 20-dən çox üzvümüz yaralandı. Saxlanılanlar da var. Amma heç bir müdaxilə bizi yolumuzdan ayıra bilməz".

Mənbə: eastnews

captcha