Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, Hadisə şahidlərinin APA Holdinqin əməkdaşı Fərid Əkbərova verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidə toplaşan azərbaycanlılar bir qrup vəhhabinin təxribatına məruz qalıb.
Belə ki, azərbaycanlılar namaz qılarkən vəhhabi təriqətinə məxsus beş nəfər məscidə daxil olaraq "Allahu əkbər" deyə qışqırıb. Bu zaman azərbaycanlılarla onlar arasında mübahisə yaranıb. Hadisəyə dərhal məscidin ətrafında keşik çəkən polis müdaxilə edib. Həmin vəhhabilər məscidin arxa qapısından çıxarılaraq hadisə yerindən uzaqlaşdırılıb.