Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)
İslamazeri.az-a istinadla xəbər verir ki, Azərbaycan İslam Partiyası
Səudiyyə Ərəbistanının təyyarələrinin Yəmənin paytaxtı Sənada əza toplantısının
keçirildiyi binaya endirdiyi hava zərbələri və nəticədə yüzlərlə insanın həlak
olması və yaralanması ilə bağlı bəyanat verib
AİP-in Mətbuat Xidmətindən "İslaminSesi”nə daxil olan bəyanatda deyilir.
Bu gün (dünən - red.)səhərdən başlayaraq Səud rejimi Yəmən
müsəlmanlarının kütləvi qətliamına fərman verib. Ağır aviazərbələr nəticəsində
çoxsaylı körpə, qadın, qoca daxil olmaqla 200 nəfərdən çox Yəmən vətəndaşı
həlak olub, 600 nəfərə yaxın günahsız insan ağır yaralanıb. Yəmənin paytaxtı
Səna şəhərində törədilən bu akt, Səudiyyə Ərəbistanının ilk belə qətliamı
deyil.
İslama
və ümumiyyətlə insanlığa sığmayan bu qətliamlarda Səud rejimi bəşəri cinayət
törətməkdən çəkinmir. Qərbə və ABŞ-a nökərçilik edən Səudiyyə krallığı bu
addımı ilə İslam dəyərlərinə meydan oxumaqla və dinimizin insanlığa baxışının
tam əksinə əməl törətməklə himayədarları qarşısında hakimiyyətinin tənəzzülünü
dayandırmaqdan, ömrünü uzatmaqdan ötrü ən qatı cinayətlərə əl atır.
Artıq bir ilə yaxındır ki, Səudiyyə Ərəbistanı Yəmən, Bəhreyn, Suriya və başqa
ərəb ölkələrinin daxilinə qanlı təcavüzlər etməklə beynəlxalq qanunları ayaqlar
altına atır. Öz xalqının bütün hüquqlarını əlindən alan kral rejimi milli sərvətləri
talan etdirməklə ölkəni silah anbarına çevirmişdir. İndi isə Kral rejimi
hakimiyyəti uğrunda qonşu ölkələrə təcavüzkarlıqla və ağır qətliamlarla
mübarizə aparmaq istəyir. Sonu çatmış zülmkarların niyyəti hesab edirik ki, baş
tutmayacaq və qanlı çanaqları tezliklə başlarında çatlayacaq.
Hazırda Yəmən xalqı, təcavüzə məruz qalmış bölgələrin əhalisi humanitar fəlakət
yaşayır. Bu böhranı yaradan əsas səbəblərdən biri də ölkənin blokada
vəziyyətində saxlanmasıdır. İnsanlar ərzaq qıtlığı səbəbindən aclıq keçirir,
yaralılara dərman preparatlarının çatışmazlığı ucbatından tibbi yardım demək
olar ki, göstərilmir.
Azərbaycan İslam Partiyası dünya ictimaiyyətini Səud rejiminin törətdiyi
insanlıq fəlakətinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görməsini
beynəlxalq humanitar təşkilatlardan tələb etməyə çağırır. Biz, İslam və
müsəlman dövlətlərinin, xalqlarının, bu dövlətlərin başında duran siyasi
rəhbərlərin, özünü Məhəmməd (s) ümməti sayan hər bir müsəlmanın insan qanına
susamış bu cəlladlara münasibət bildirməyini vacib əməl hesab edirik.
Beynəlxalq hüquq normalarını aşan təcavüzkarlar bilməlidirlər ki, insanlığa
qarşı yönəlmiş bu haqsızlıqların cavabı uzaqda deyil.