IQNA

BMT xəbərdarlıq edir:

Yəməndə bir nəsil yox ola bilər

11:51 - October 27, 2016
Xəbər sayı: 3480932
Tehran, 27.10.2016 – Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi işğalından qaynaqlanan qida çatışmazlığının bu ölkədə bir nəsli yox edəcəyi barədə xəbərdarlıq edilir.


Yəməndə bir nəsil yox ola bilər


Dünya Ərzaq Proqramının regional direktoru Muhannəd Hadiçərşənbə günü yaydığı hesabatda Yəməndə artan qida çatışmazlığıvə aclığa toxunaraq, bunları söyləyib: "Milyonlarla yəmənli acınacaqlı vəziyyətdədir. Onlar kənardan kömək olmadan həyatda qala bilməz. Qadınlar və uşaqlar Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün əsas qurbanlarıdır. Rəsmi rəqəmlərə görə, Yəməndə 14.1 milyon insan ərzaq sarıdan çətinlik çəkir və bunlardan yeddi milyon nəfərinin vəziyyəti çox dəhşətlidir. Bəzi şəhərlərdə xalqın70 faizi qida çatışmazlığıproblemi ilə üz-üzədir".

Dünya Ərzaq Proqramı eyni zamanda Yəməndə, xüsusilə münaqişələrin baş verdiyi bölgələrdə uşaqların yetərsiz qidalanma hallarının artmasından narahat olduğunu bildirib. Hər nə qədər Dünya Ərzaq Proqramı Yəmənin bir neçə şəhərində yetərsiz qidalanma problemi yaşayan, xüsusən beş yaşından aşağıuşaqlar, hamilə və süd verən qadınlar olmaq üzrə təxminən 700 min nəfərə yardım etsə də, kifayət qədər qidalanmanınolmaması səbəbindənbu ölkədəki aclıq böhranıgərgin şəildə davam etməkdədir.

Dünya Ərzaq Proqramının Yəməndəki rəhbəri Torben Dayu da həmçinin məsələni təsdiqləyərək Yəməndə bir nəslin aclıq səbəbindən yox ola biləcəyini bildirib. Torben Dayuyəmənli ailələrin ərzağa ehtiyacı olduğunu qeydedərək,"Dünya Ərzaq Proqramı təəssüf ki, daha çox ehtiyacı olanailə arasında bölüşdürmək üçün ərzaq səbəti həcmini azaltmaq məcburiyyətində qaldı", - açıqlamasınıverib.

Yayımlanan hesabatlara görə,Səudiyyə Ərəbistanının Yəmənə hücumundan əvvəl də Yəmən dünyada qida çatışmazlığı nisbətinin yüksək olduğu bir ölkəydi və Yəmənə təşkil olunan hücumlarla birlikdə bu nisbət daha da artıb.

Yəmənin Hadidə və Qərbi Yəmən olmaqla bəzi bölgələrindəki qidaçatışmazlığı beş yaşından aşağı uşaqlarda 31 faiz səviyyəsinə çatıb və bu fövqəladə vəziyyətkimi sayılan 15 faiz səviyyəsindəniki dəfə çoxdur. Səudiyyə Ərəbistanının Yəmənə təşkil etdiyi hücumlarYaxın Şərqin ən kasıb ölkəsi olan Yəməndəki vəziyyəti iqtisadi olaraqfaciəyə sürükləyib. Müharibədən əvvəl də ərzaq ehtiyacının təxminən 90 faiziniərzaq idxalı ilə təmin edən Yəməndə Səudiyyə Ərəbistanının hücumları ilə ərzaq idxalı əhəmiyyətli dərəcədə ixtisara məruz qalıb. BMT Səudiyyə Ərəbistanının Yəmənə təşkil etdiyi hücumda 10 mindən çox insanın öldüyünü açıqlayıb və təşkilatınhesabatına görə, Səudiyyə Ərəbistanının hücumlarının qurbanlarının böyük hissəsini mülki şəxslər təşkil edir.

Mənbə: eastnews

captcha