IQNA

İnsanlardan bəziləri öz canlarını Allahın razılığını qazanmaq üçün satırlar

Mübarək "Rəbiul-Əvvəl" ayının, yəni həyat baharının gəlişi mübarək olsun

İnsanlardan bəziləri öz canlarını Allahın razılığını qazanmaq üçün satırlar

"İnsanlardan bəziləri öz canlarını Allahın razılığını qazanmaq üçün satırlar".

«وَمِنَ النَّاسِ مَن یَشْرِی نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّه»

Bəqərə/207.

Quran-Kərimin mübarək Bəqərə surəsinin 207-ci nurani ayəsi "Rəbiul-Əvvəl" ayının ilk gecəsində nazil oldu. Həmin gecə Həzrət Məhəmməd (s) Məkkə kafirlərinin şərrindən amanda qalmaq üçün Mədinəyə hicrət etdi. Və İmam Əli (ə), tarixin həmişəlik qəhrəmanı, öz canından keçəcək qədər fədakarlıq edərək o gecə, yəni "Leylətul-Məbit" gecəsi, Məkkədə Peyğəmbərin (s) yatağında yatdı...

Ğəzali özünün "Ehyaul-Ulum" kitabında yazır: "Möminlərin əmiri Əli (ə) Peyğəmbərin (s) yatağında yatdığı gecə Allah-Taaladan Cəbrayıl və Əzrayıla belə bir xitab gəldi: Mən siz iki müqərrəb mələyin arasında qardaşlıq yaratdım, sizi iki qardaş etdim, amma sizin ikinizdən birinin ömürü o birisindən daha uzun olacaq. İndi seçim sizindir ki, hansınızın ömrünü daha uzun edim?

Onlar hər ikisi Allahdan o birisindən daha uzun ömürlü olmağı istədilər.

Xitab yetişdi: Yer üzünə baxın və görün ki, Əli (ə) öz qardaşı Məhəmməd (s) üçün necə də fədakarcasına öz canından keçir. Onun yerində yatıb, öz canını qardaşının canına fəda edib. İndi isə yerə enin və Əlini (ə) düşmənlərin şərrindən qoruyun".

O iki mələk yerə enib Əmirəl-Möminin Əlinin (ə) yanına gəldilər. Cəbrayıl baş tərəfdə, Mikayil ayaq tərəfdə durdu. Mələklər dedilər: "Mübarək olsun sənə ey Əbu Talibin oğlu, kim sənin mislin ola bilər ki, Allah-Taala göylərdə mələklərə səninlə fəxr edir".

Və elə bu hadisədə idi ki, "İnsanlardan bəziləri öz canlarını Allahın razılığını qazanmaq üçün satırlar" (Bəqərə/207) ayəsi nazil oldu".

Əbu Hamid Ğəzali, "Ehyaul-Ulum", yeddinci kitab, "isarun-nəfs" mövzusu.