IQNA xəbər verir ki,
1921-1922-ci illər ərzində yunanların işğalı dövründə köhnə Biləcik şəhəri
yerlə-yeksan edildi və əhali oranı tərk etmək məcburiyyətində qaldı.
Biləcik şəhər sakinləri
işğalçıları qovduqdan sonra yenidən həmin ərazidə yeni şəhər saldılar və
köhnə Biləcik şəhərinin adını isə "Yanıklar” qoydular.
İşğaldan öncə Biləcik
bölgəsində 5 məscid olub ki, işğalçılar məscidləri dağıdıb və minarələr isə qalıb.
Bildirilir ki, 5 məsciddən birinin 700 illik tarixi olub. Həmin məscidin
minarəsi məsciddən 30 metr kənarda tikilib. Yerli əhali bu minarədən verilən
azanın, əhalinin yaxşı eşitməsi üçün aralıda və daha hündür yerdə tikildiyini
bildirir. İşğalçılar həmin məsciddən silah anbarı kimi istiadə edib. Bir müddət
sonra həmin məscid yenidən bərpa olunub. Lakin digər 4 məscidin yalnız
minarələri təmirsiz qalıb. (maide.az).