İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Sistemin Məsləhətinin Təşxisi Şurasının rəisi Ayətullah Haşimi Rəfsəncani ürək infarktı səbəbi ilə bu gün Tehranın Təcriş regionu şəhidləri xəstəxanasına yerləşdirilmişdi ki, bir neçə saat öncə dünyasını dəyişdi.
Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri vəzifəsində işləyib.
Əli Əkbər Haşimi Rəfsəncani Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclsinin üzvi, İslami Azad Universitetinin təsisçisi olub.