23:05 - January 08, 2017
Xəbər sayı: 3481238
Rəbi-əs-Sani ayının 8-i imamət və vilayət səmasının 11-ci parlaq ulduzu Həzrət İmam Həsən Əskərinin mübarək mövlud günü idi. O həzrət möminləri İlahi təqva, pərhizkarlıq və vəhdətə dəvət edibdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rəbi-əs-Sani ayının 8-i imamət və vilayət səmasının 11-ci parlaq ulduzu Həzrət İmam Həsən Əskərinin mübarək mövlud günü idi. O həzrət möminləri İlahi təqva, pərhizkarlıq və vəhdətə dəvət edibdir.

O həzrətin mübarək mövlud günü münasibətilə dəyərli hədislərindən birini qısa şərhi ilə sizlərə təqdim edirik.

İmam Həsən Əskəri (ə) şiələrə vəsiyyətində buyurur:

«أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ. إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ لَناحَقٌّ فى كِتابِ اللّهِ وَ قَرابَةٌ مِنْ رَسُولِ اللّهِ وَ تَطْهيرٌ مِنَ اللّهِ لا يَدَّعيهِ أَحَدٌ غَيْرُنا إِلاّ كَذّابٌ. أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ».

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

1). "Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun".

Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hücurat/13).

Quran-Kərim buyurur: "Allah yanında ən sevimli məqam təqvalı olmaqdır". (Ali-İmran,76; Tövbə, 4 və 7).

Quran-Kərim ayələrinə görə "təqva" həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201).

Qurani-Kərim "təqva"lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb:

Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9).

Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab,1).

Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır – (Bəqərə, 119; Mütəffifin, 1).

Məsumlardan (ə) nəql olunan hədislərdə "təqva" əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur.

İmam Əli (ə) buyurur: "Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq".

İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: "Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan".

2). "Haramlardan çəkinin (vərə`niz olsun)".

İmam Sadiq (ə) buyurur: "Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir".

3). "Allah yolunda çalışın".

İmam Sadiq (ə) buyurur: "Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü isə (dünyası və axirəti üçün) çox çalışandır".

İmam Sadiq (ə) başqa hədisdə buyurur: "Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma".

4). "Sədaqətli olun, Doğru danışın və Xəyanət etməyin".

Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın.

Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58).

5). "Çox rüku və səcdə edin, rükü və səcdədə çox qalın. Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim".

6). "Qonşularınızla (din, məzhəb və millətindən asılı olmayaraq) yaxşı davranın".

7). "Müsəlman qardaşlarınızla aranızda vəhdəti qoruyun, sülamiz yaşayın". Bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir ki, sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarını riayət edin, haqlarını əda edin.

İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur:

قبری أمان لاهل الجانبین

"Mənim qəbrim hər iki tərəf (şiə və sünni) pənahgahdır, təhlükəsizlik yeridir".

İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur: "Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.

Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.

Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.

Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!

Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.

Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.

Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm".

Əllamə Məclisi, "Biharul-Ənvar", c.75, s.372, bab.29.

http://iqna.ir/fa/news/3560165


Teqlər: İQNA ، ŞİƏ ، İmamət ، İmam
Ad:
E-poçt:
* Comment: