Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) eastnews-a istinadla xəbər verir ki, Şiə bölgəsi Bələdiyədəki bazarda təşkil olunan hücumu kamikadze reallaşdırıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Dünən səhər saatlarında Bağdadın şərqində şiələrin sıx yaşadğı Sədr ərazisindəki Cəmilə məhəlləsində partlayıcı ilə yüklənmiş maşınla təşkil olunan hücumda isə az 12 nəfər həyatını itirmiş, 50 nəfər də yaralanmışdı.