12:54 - January 09, 2017
Xəbər sayı: 3481241
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sədri Piter Maurer Nəcəf şəhərinə səfər edərək mərcəi-təqlid Ayətullah Sistani ilə görüşüb.


Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Ayətullah Sistani ilə görüşüb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, P.Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Ayətullah Sistani BQXK-nin İraqda gördüyü humanitar işlərə görə bu komitəyə təşəkkürünü bildirib.

Ayətullah Sistani İraq hökuməti və beynəlxalq qurumları qaçqınlar və mühacirlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylərini artırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə P.Maurer BQXK tərəfindən İraqda edilən yardımlar, əsir və itgin düşmüş şəxslərlə bağlı görülmüş işlərlə bağlı Ayətullah Sistaniyə məlumat verib.

Ad:
E-poçt:
* Comment: