IQNA

Azərbaycanda dörd məsciddən oğurluq edən şəxs tutuldu

13:08 - January 09, 2017
Xəbər sayı: 3481242
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisələr rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb.

Azərbaycanda dörd məsciddən oğurluq edən şəxs tutuldu

Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb.

Sonuncu oğurluq hadisəsi Şahsəfi məscidində qeydə alınıb. Məscidin İmamı Fikrət Nəzərovun sözlərinə görə, ötən gün namaz vaxtı tanımadıqları cavan oğlan hər kəsin namazını qılıb qurtardığını gördükdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat pulu oğurlayıb. Səs-küyə gələn imam yaxınlıqdakı insanların köməyi ilə oğuluq edən şəxsi yaxalayaraq polisə təhvil verib.

Masallı rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətmiş şəxs saxlanılıb. Onun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır. Oğurluq hadisəsini törədən şəxsin rayonun Seybətin kənd sakini Ağahüseyn Ramiz oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Teqlər: aəzrbaycan ، məscid ، İslam ، quran ، iqna ، oğurlamaq
captcha