İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının keçmiş prezidenti və "sistemin məsləhətini təyin edən ali şura"nın sədri Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin cənazə namazını Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei sabah, həftənin ikinci günü, Yanvar ayının 10-da, yerli vaxtla səhər çağı saat 8:30-da Tehran universitetində qılacaqdır.
İran İslam Respublikasının keçmiş prezidenti və "sistemin məsləhətini təyin edən ali şura"nın sədri Ayətullah Əliəkbər Haşimi Rəfsəncani dünən, həftənin baxaz gün, günün ikinci yarısında ürək infarktı səbəbi ilə Tehranın "Təcriş Şəhidləri Xəstəxanası"na yerləşdirilmiş və cismi vəziyyətinin ağır olduğu üçün doktorların ciddi səylərinə baxmayaraq axşam saatlarında dünyasını dəyişmişdir.
Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei, İran İslam Respublikasının rəsmi məqamları, milli məclisin sədri, ali baş məhkəmə, prezident, müdafiə naziri, "Nəzarətçi və Qoruyucu Şura"nın üzvləri, silahlı qüvvələrin baş qərargah rəisi və dövlətin digər siyasi və ictimai simalarının hər biri ayrı- ayrılıqda başsağlığı ismarıcı ünvanlayaraq İran İslam Respublikasının keçmiş prezidenti, İmam Xomeyninin (r.ə) vəfalı silahdaşı və "sistemin məsləhətini təyin edən ali şura"nın sədri Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran xalqına başsağlığı deyiblər.
Həmçinin dövlət heyəti bəyaniyyə yayaraq 3 gün matəm elan edib və həftənin 2-ci gününü rəsmi tətil elan edərək xalqdan istəyib ki, Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində yaxından və hamılıqla iştirak etsinlər.
http://iqna.ir/fa/news/3561126