IQNA

Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici medialarda

11:41 - January 10, 2017
Xəbər sayı: 3481247
İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici media və mətbuatda da geniş miqyasda işıqlandırılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri mərhum Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici media və mətbuatda da geniş miqyasda işıqlandırılıb.

Frans Press xəbər agentliyi yazıb: İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində on minlərlə insan iştirak edib.

APTN peyk tv kanalı Tehrandan birbaşa yayımladığı videoxəbərdə İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimini işıqlandırıb.

"Əl-Məyadin", "əl-Cəzirə", "Mübaşir", "Frans24", "əl-Cəzirə (İngilis dilli)", BBC, Yevro-Nyuz və digər peyk tv kanalları İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi birbaşa canlı yayımla işıqlandırıblar.

Qeyd edək ki, İran İslam Respublikasının "Sistemin Məsləhətinin Təyini Şurası"nın sədri və İranın keçmiş prezidenti Ayətullah Əliəkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində xarici qonaqlar, o cümlədən İraqın Xarici İşlər Naziri İbrahim Cəfəri və İraqın Milli Koalisiyasının rəhbəri Əmmar Həkim də iştirak ediblər.

http://iqna.ir/fa/news/3561481


captcha