IQNA

AİP Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

10:16 - January 11, 2017
Xəbər sayı: 3481248
AİP Böyük İslam Alimi, ictimai-siyasi xadim, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib.

AİP Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

AİP Böyük İslam Alimi, ictimai-siyasi xadim, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar dünya müsəlmanlarının Rəhbəri, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyi Cənablarına və bütün İran xalqına başsağlığı verib. Bu barədə "İslaminSesi"nə qurumun mətbuat xidmətindən məlumat daxil olub. Başsağlığında deyilir:

"Böyük İslam Alimi, İran İslam İnqilabının öndərlərindən olan, ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani cənablarının vəfatı münasibətilə kədərləndiyimizi bildirir, öncə zəmanənin İmamına(ə.c) , sizə, Ayətullah Rəfsəncaninin yaxınlarına və bütün şəhidpərvər İran xalqına dərin hüznlə başsağlığı verir, o böyük duhanın ruhuna dualar edirik.

Əli Əkbər Haşimi Rəfsəncani bütün ömrünü İran xalqının xoşbəxtliyi və səadəti yolunda həsr etmişdir. İstər İran İslam Respublikasına rəhbərliyi dövründə, istərsə də böyük İslam alimi kimi dinimizin dünyada təşəkkül tapmasında, ayrı-ayrı cəmiyyətlərdə haqq və ədalət uğrunda mübarizə sahəsində səmərəli fəaliyyəti ilə ölkəsinin tarixində silinməz izlər buraxmış, xalqının və bütün dünya Əhli-Beyt aşiqlərinin dərin məhəbbətini qazanmışdır.

Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan dövlətləri və xalqları arasında səmimi, mehriban münasibətlərin yaranmasında və inkişaf etdirilməsində əvəzsiz rol oynamış, dəyərli ictimai-siyasi, dövlət xadimi kimi dünya çapında bu münasibətlərin əsl mahiyyətini və sonsuz əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Biz bu qiymətli şəxsiyyətin, sədaqətli dostunuzun itkisi ilə əlaqədar sizlərə bir daha təsəlli verir, Allahdan İran xalqına firəvanlıq diləyirik."


captcha