12:27 - January 11, 2017
Xəbər sayı: 3481250
Alınan son məlumata əsasən, Bəhreynin apelyasiya məhkəməsi 3 nəfərin edam hökmünü qüvvədə saxlayıb.


Bəhreyndə məhkəmə 3 nəfərin edam hökmünü təsdiqlədi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, edama məhkum olunan şəxslər 2014-cü ilin mart ayında Manama yaxınlığında baş vermiş partlayışı törətməkdə ittiham olunurlar. Hadisə zamanı bir polis ölmüş və bir neçə polis isə yaralanmışdır.

Bəhreyn Apelyasiya məhkəməsi həmçinin yeddi məhbusun ömürlük azadlıqdan məhrum edilməsi haqqındakı hökmünü qüvvədə saxlayıb.

Bəhreyndə 2011-ci ilin fevral ayının 14-də xalq Ali Xəlifə rejiminə qarşı dinc aksiyalar keçirir. Dinc aksiya iştirakçıları azadlıq, ədalət istəyir, ölkədə ayrıseçkiliyə son qoyulmasını və azad seçkilərin keçirilməsini tələb edir. Bəhreyn rejimi isə müxtəlif bəhanələrlə siyasi və ictimai fəalları həbs edir, onlara qarşı saxta ittihamlar irəli sürür, onları uzunmüddətli həbs edir və vətəndaşlıqdan çıxarır.

Ad:
E-poçt:
* Comment: