IQNA

Məkkədən Mədinəyə gedən yolda Quran və hədislərə hörmətsizlik + Foto

22:59 - January 14, 2017
Xəbər sayı: 3481258
Bəzi ərəbistanlı vətəndaşlar Məkkədən Mədinəyə gedən yolda qurulmuş lövhələrdə yazılan ayə və hədislərə hörmətsizliyi göstərən fotoları paylaşaraq məsulların buna laqeyd yanaşmalarını qınayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bəzi ərəbistanlı vətəndaşlar Məkkədən Mədinəyə gedən yolda qurulmuş yolkənarı təbliğat lövhələrində yazılan ayə və hədislərə qarşı edilən hörmətsizliyi göstərən fotoları paylaşaraq səudiyyəli məsulların bu məsələyə laqeyd yanaşmalarını qınamış və etiraz bildirmişlər.

Ərəbistanın "əs-Səbq" qəzetinin yaydığı xəbərdə deyilir ki, Məkkədən Mədinə istiqamətində şosedə hərəkət edən vətəndaşlar yolkənarıda təbliğat lövhələrində ayə və hədislərə edilən hörmətsizliyi göstərən fotolar hazırlamış və İslamda müqəddəs sayılan bu dini simvollara qarşı edilən bu hörmətsizliyin dayandırılmasını tələb etmişlər.

Bu məlumatda deyilir ki, yolkənarı lövhələrdəki ayə və hədislər məsulların məsuliyyətsizliyi ucbatından ya pozulmuş, ya da lövhələrin yararsız hala düşməsi nəticəsində oxunmaz hala düşmüşlər və yarımçıq və mənasız sözlər formasında qalmışlar.

Ərəbistan vətəndaşlarından Məsəd Hazimi adlı bir nəfər bu barədə deyir: Bu ayə və hədislər zəvvar və yerli sakinlərin Məkkədən Mədinə istiqamətində həmişə gediş- gəlişdə olduğu izdihamlı yolda qurulan lövhələrdə yazılıb və bu məsələyə laqeyd və məsuliyyətsiz yanaşmaq olmaz.

O əlavə edib: Məkkəd və Mədinə zəvvarlarının gözünün önündə Quran ayələri və hədislərə qarşı belə xoşagəlməz bir səhnə yaratmaq məsulların ləyaqətsizliyindən irəli gəlir.

Vətəndaşlar deyirlər ki, biz məsullardan bu lövhələrin yoldan tamamilə yığışdırılmasını və ya yenidən səliqəli şəkildə yazılmasını tələb edirik.


اهانت به آیات قرآن کریم در جاده مکه به مدینه منوره

اهانت به آیات قرآن کریم در جاده مکه به مدینه منوره

اهانت به آیات قرآن کریم در جاده مکه به مدینه منوره

اهانت به آیات قرآن کریم در جاده مکه به مدینه منوره
captcha