IQNA

Bəhreyndə "Qəzəb" yürüşü keçiriləcək

9:58 - January 15, 2017
Xəbər sayı: 3481259
Bəhreyn alimləri ölkədə “Qəzəb” adlı etiraz aksiyası keçirməyə hazırlaşır.

Bəhreyndə

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Ali-Xəlifə məhkəmələrinin 3 bəhreynliyə edam qərarı verməsinə etiraz edən ölkə ruhaniləri, ölkə boyu bu hadisəyə etiraz edərək, ölüm hökmünün ləğv olunmasını tələb edəcəklər.

Ruhanilərin yaydığı bəyanatda bildirilir: "Ey Bəhreynin əziz xalqı! Edama məhkum olmuş günahsız cavanlarınızın canını xilas etmək üçün təşkil olunacaq "Qəzəb” aksiyasına ləbbəyk deyin. Sizin Allah yolunda və canları müdafiə etmək üçün olan qəzəbiniz günahsız şəxslərin xilas olmasına və dəyişikliklərin baş verməsinə səbəb olacaqdır. Bu vacibdən yayınsaq Allah yanında məsuliyyət daşıyacağıq.”

Bəhreyndə "Qəzəb" yürüşü keçiriləcək.
captcha