IQNA

İŞİD-in ömrünə az qalıb

11:28 - January 15, 2017
Xəbər sayı: 3481261
İraq qüvvələri Mosul şəhərindəki əsas hökumət binasını İŞİD terrorçularından azad edib. Bu haqda ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə koməkçisi Ellisa Slotkin jurnalistlərə bildirib.


İŞİD-in ömrünə az qalıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, "Mən indicə xəbər aldım ki, İraqın təhlükəsizlik qüvvələri Neynəva əyalətinin idarə etmə üzrə inzibati binasını azad edib. Əyalətin əsas inzibati binası üzərində İraq bayrağı dalğalandırılıb.”, - deyə Slotkin bildirib. Onun sözlərinə söhbət Mosul şəhərinn azad edilməsi əməliyyatının simvolik qələbəsi və böyük uğuru haqda gedir.

Daha sonra ABŞ-ın başçılıq etdiyi koalisiya əlavə edib ki, Mosul şəhərinin şərqində eyni anda bir neçə mühüm binanı â€" şəhər qubernatorunun iqamətgahı, əyalətin idarə edilməsi şurası binası, Mosul Universiteti də azad edilib. "Biz İraqın təhlükəsizlik qüvvələrini Şərqi Mosulda əldə etdikləri tərəqqi münasibətilə təbrik edirik. Hələ görüləsi çox iş qalıb, lakin İŞİD-in Mosuldakı günləri sona çatır.”, - deyə ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndəsi polkovnik Con Dorrian bildirib.

Qeyd edək ki, İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabr ayından bəri davam etməkdədir.

"İŞİD-in ömrünə az qalıb”

Teqlər: İŞİd ، İraq qüvvələri ، terror ، quran ، İslam ، mosul ، iqna
captcha