IQNA

Ənbiya surəsinin 83 və 84-cü ayələrinin tilavəti;

Seyid Mütəvəlli Əbdülalın yadda qalan tilavətlərindən biri + Endir

11:14 - January 16, 2017
Xəbər sayı: 3481264
Misirin məşhur qarilərindən biri olan mərhum Mütəvəlli Əbdülalın ən yadda qalan tilavətlərindən biri də Ənbiya surəsinin 83 və 84-cü ayələrinin tilavətidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vyananın İmam Əli (ə) adına İslam Mərkəzinin teleqram kanalı Seyid Mütəvəlli Əbdülalın (Misirin məşhur və mərhum qarisi) gözəl və yadda qalan tilavətlərindən birinin videosunu yaymışdır.

Mərhum Seyid Mütəvəlli Əbdülal bu videoada Quran- Kərimin "Ənbiya" surəsinin 83-cü və 84-cü ayələrini "segah" məqamı üzərində oxuyub.

«وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ» - «فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ»

"Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!

Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik".

Seyid Mütəvəlli Əbdülal – Misirin peşəkar Quran qarisi, hicri-qəməri tarixi ilə 1436-cı ilin Ramazan ayının 29-da 68 yaşında ikən dünyasını dəyişmişdir.

http://iqna.ir/fa/news/3563141/

Əbdülalın bu gözəl tilavətini aşağıdakı linkdə izləyə və endirə bilərsiniz:

ENDİR


Teqlər: iqna ، qari ، misir ، Əbdülal ، Ənbiya surəsi
captcha