IQNA

Təyyar Altıqulaçın Quran yolunda xitmətləri;

İmam Rza (ə) kitabxanasının Quran nüsxəsinin araşdırılmasında İranla həmkarlıq

9:33 - January 18, 2017
Xəbər sayı: 3481271
Təyyar Altıqulaç 1938-ci ildə Türkiyənin kəndlərindən birində anadan olub. Onun qədim Quran nüsxələrinə olan eşqi onu dünyanın ən mahir xətşünas və nüsxəşünaslarından birinə çeivirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Təyyar Altıqulaç 1938-ci ildə Türkiyənin kəndlərindən birində anadan olub. Onun qədim Quran nüsxələrinə olan eşqi onu dünyanın ən mahir xətşünas və nüsxəşünaslarından birinə çeivirib. O dünyanın bütün nüsxəşünasları arasında tanınmış və mötəbər bir məqama malikdir.

اثبات تحریف‌ناپذیری قرآن و همکاری با ایران در نسخه‌شناسی مصحف رضوی + عکس

Məşəddə İmam Rza (ə) hərəminin kitabxanasında əlyamza nüsxələr arasında ən qədim nüsxə İmam Əliyə (ə) mənsubdur ki, Təyyar Altıqulaç bu nüsxənin üzərində araşdırma apardıqdan sonra "Astane Qüdse Rəzəvi" nəşriyyatı tərəfindən çap və nəşr ediləcəkdir.

Bu Quran nüsxəsinin araşdırılması Altıqulaçın bu sahədə İranla ilk həmkarlığıdır. O, İmam Rzanın (ə) hərəminin kitabxanasında mövcud olan əlyazma nüsxələri Əhl-Beytə (ə) mənsub olan ən qədim əlyazam nüsxələr hesab edir. Və İmam Əliyə (ə) mənsub nüsxəni tədqiq üçün seçməsinin səbəbi barədə deyir: Mən iki dəlilə əsasən bu nüsxəni araşdırma üçün seçdim. Birincisi budur ki, bu nüsxə digər nüsxələrdən daha kamildir və təkcə 10 vərəqi çatışmır. İkincisi isə bu nüsxə İmam Əliyə (ə) mənsubdur.

Təyyar Altıqulaç 10 il Quran-Kərimin mövcud çapı ilə əldə olan 4 ən qədim əlyazma arasında müqayisə aparıb və tək-tək həriflərini belə yoxladıqdan sonra Quran-Kərimin nazil olduğu zamandan indiyədək ən kiçik bir dəyişiklik və təhrif olmadan gəlib çıxdığını isbat edib.

اثبات تحریف‌ناپذیری قرآن و همکاری با ایران در نسخه‌شناسی مصحف رضوی + عکس

Təyyar Altıqulaç kimdir?

O, 1983-ci ildə Türkiyənin Kastamonu şəhərinin tabeliyində olan "Durəkani" rayonunun "Bəngəldayaq" kəndində anandan olub. 9 yaşında ikən bütün Quran-Kərimi əzbər bilirdi. 1963-cü ildə İstambulun Ali İslami Təhsil Mərkəzinin məzunu oldu. 1971-ci ilədək Türkiyənin Qeysəriyyə şəhərində üəllim, mədərəsə müdiri, camaat imamı və xətib kimi fəaliyyətlər göstərdi. Həmin illərdə İraqın Bağdad şəhərində Ədərb dili və ədəbiyyatı ixtisasını oxudu və doktorluq pilləsini "Təfsir elmi" mövzusu ilə müdafiə etdi.

Bundan sonra Türkiyənin Diyanət İşləri Bakanlığının rəisi oldu. Dini Təhsil idarəsinin müdiri işlədi və həmçinin Təhsil Nazirliyində təlim və tərbiyət şurasının üzvi oldu. 1986-cı ildə diyanət işləri bakanlığından istefa verdi.

Türkiyənin Vəqf müəssisəi, İslami Araşdırmalar Mərkəzinin təsisi və İslam Ensiklopediyasının yazılmasında təsirli rolu olmuşdur. Türkiyədə Quran- Kərimin ilk tərtil oxunuşu onun səsi ilə yazılmışdır.

Qiraət elmində araşdırmalar aparmış, Əbu Şamə Məqdisinin "Mürşid əl-vəciz" (1975) və Şəmsuddin Zəhəbinin "Mərifətul-Qürrə əl-Kibar" (1995) kitablarını tədqiq və təshih etdikdən sonra çap etdirmişdir.

اثبات تحریف‌ناپذیری قرآن و همکاری با ایران در نسخه‌شناسی مصحف رضوی + عکس

Cavan vaxtlarından Quran-Kərimin əlyazma nüsxələrinə maraqlı olub. Əbdül-Əzim Zurqaninin (Misir) Quran elmləri barədə yazdığı və Məhəmməd Həmidullahın (Hindistan) tərəfindən bu mövzuda yazılmış araşdırmaları ona nüsxəşünaslıq fəaliyyətində klid rolunu oynamışdır.

Onun nəzərini ilk dəfə Qahirənin İmam Hüseyn (ə) məscidində olan Osman ibn Əffana (üçüncü xəlifə) mənsub əlyazma Quran nüsxəsi özünə cəlb edir. Altıqulaç 1969-cu ildə Qahirəyə səfər edir. Birinci səfərində bu Quranla tanış ola bilməsə də, ikinci səfərdə ceyran dərisinə yazılmış 80 km-lıq bu Quranı əldə edib üzərində araşdırma apara bilir.

Altıqulaç bundan sonra, yəni Osman bin Əffana mənsub Quran nüsxəsini araşdırdıqdan sonra, İmam Əliyə (ə) mənsub Quran nüsxələrini də araşdırmağa başlayır.

اثبات تحریف‌ناپذیری قرآن و همکاری با ایران در نسخه‌شناسی مصحف رضوی + عکس

O, Hicrətin birinci və ikinci əsirində yazılmış Quran nüsxələrini araşdırmaq üçün İstambul, Sən`a (Yəmən), Qahirə (Misir), Paris (Fransa), London və dünyanın digər məşhur kitabxana və muzeylərinə səfərlər edir. Müxtəlif Kufi və Hicazi nüsxələrin elektron versiyasını hazırlayır və bir sıra nüsxələr də çap etdirir.

Təyyar Altıqulaç indiyədək Quran- Kərimin 7 əsas əlyazma nüsxəsi üzərində araşdırma aparmış və çap etdirmişdir:

1). İkinci xəlifə Ömər ibn Xəttaba mənsub Quran / İstambulun Topqapı muzeyi nüsxəsi, 2007.

2). İkinci xəlifə Ömər ibn Xəttaba mənsub Quran / Türkiyənin İslami əsərlər muzeyi, 2007.

3). İkinci xəlifə Ömər ibn Xəttaba mənsub Quran / Qahirənin İmam Hüseyn (ə) məscidi, 2009.

4). İmam Əliyə (ə) mənsib nüsxə / Yəmin Sən`a nüsxəsi, 2011.

5). Qahirənin İslami incəsənət muzeyi nüsxəsi, 2014.

6). Fransanın Milli Kitabxanası muzeyi nüsxəsi, 2015.

7). Almaniyanın Tubengin kitabxanasının İmam Əliyə (ə) mənsub nüsxəsi, 2016.

Təyyar Altıqulaç deyir ki, onun nüsxəşünaslıq araşdırmalarından əsas məqsədi Quran- Kərimin indiyədək təhrif olunmadan gəlib çıxdığını isbat etmək və Quran bu barədə ecazkarlığını hamıya göstərməkdir.

http://iqna.ir/fa/news/3562352


captcha