IQNA

Gürcüstan müsəlmanlarının iştirakı ilə;

Ayətullah Üzma Xameneinin "İstiftaat"ının Azəricə tərcüməsinin təqdimat mərasimi keçirildi

12:14 - January 22, 2017
Xəbər sayı: 3481279
Həftənin Cümə günü İİR-nın mədəni əlaqələr idarəsinin təşəbbüsü və gürcüstanlı müsəlmanların iştirakı ilə Ayətullah Üzma Xameneinin "İstiftaat"ının Azəricə tərcüməsinin təqdimat mərasimi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi İİR- nın Gürcüstandakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə Azəri dilinə tərcümə və nəşr edilib.

Gürcüstan şiə cəmiyyətinin dəfələrlə İslami hökmlərin, ibadət və ticarət məsələlərində həmişə önə çıxan məsələlərin öyrənilməsi üçün fiqhi kitablar barədə istəklərini və müsəlman cəmiyyətində şəri qaydalara riayət etməyin zəruriliyini nəzərə alaraq Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi Gürcüstanın "Darul-Hikmət", "İman müəssisəsi" və "Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi" tərəfindən və İİR-nın Gürcüstandakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə Azəri dilinə tərcümə və 470 səhifədə nəşr edilmiş və müsəlmanların istifadəsinə verilmişdir.

Bu münasibətlə də həftənin Cümə günü, 2017-ci ilin Yanvar ayının 20-də, İran İslam Respublikasının mədəni əlaqələr idarəsinin təşəbbüsü və gürcüstanlı müsəlmanların iştirakı ilə Ayətullah Üzma Xameneinin "İstiftaat"ının Azəricə tərcüməsinin təqdimat mərasimi Tiflisin "Ambasador" hotelinin toplantı salonunda keçirildi.

"Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi"nin rəisi Ramin İgidov mərasimin ilk çıxışında qonaqları salamlayaraq dedi: Bu gün hər şeydən öncə İslam hüquqları və şəriət qaydalarını bilmək və öyrənmək bizim cəmiyyətimizdə şiələrin diqqət mərkəzindədir.

Ondan sonra çıxış edən Müctəba Kamranifərd - İİR-nın Gürcüstandakı Mədəniyyət İşləri İdarəsinin məsulu, Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsinin ilk dəfə bu ölkədə çap və nəşr edilməsi münasibətilə təbrik dedikdən sonra əlavə etdi: Təqlid mərcələri və din alimlərinin məqamı şiələrin ictimai yaşayışında çox önəm və əhəmiyyət daşıyır. Bütün şiələr təqlid mərcələrinin risalələrinə əməl edərək dünya və axirət xoşbəxtliyini əldə edə bilərlər.

O əlavə etdi: Hər şeydən əvvəl hər bir müsəlman İslam dininin əsas məfhumlarını dərk etməlidir ki, bu məsələ də müctəhid və alimlərin nəzərləri əsasında insanların ixtiyarında qoyulur. Buna görə də müsəlmanlar müctəhidlər tərəfindən göstərilmiş və Quran və Hədisdən istixrac edilmiş dini qaydaları öyrənməli və əməl etməlidirlər.

http://iqna.ir/fa/news/3565017

Teqlər: iqna ، gürcüstan ، İstiftaat ، risalə
captcha