IQNA

İranın ən yaxşı Quran qarisini siz seçin

11:23 - February 08, 2017
Xəbər sayı: 3481325
Cəmiyyətin fərqli təbəqələrində Quran qiraəti ənənəsinin yayılması məqsədi ilə bir neçə dildə "Ən Yaxşı Qiraət" adlı internet üzərindən səsvermə yolu ilə bir ictimai sorğu keçirildi.

İranın ən yaxşı Quran qarisini siz seçin

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, 5 sorğudan ibarət bu səsvermənin birinci hissəsi 2016-ci ilin iyun ayında İranın məşhur Quran qariləri Əhməd Əbul-Qasımi, Məhəmməd Purzərgəri, Həmid Şakirnejad, Səid Tusi və Mənsur Qəsrizadə, ikinci hissəsi isə Avqust ayında Salih Əthərifərd, Əmin Puya, Məhdi Adili, Həmidrza Əhmədi Vəfa və Hüseyn Rüstəmia ve üçüncü hissəsi de Məhəmməd Kazimi, Seyyid Məhəmməd Cəvad Hüseyni, Hamid Şakirnejad, Abbas Haşimi və Hüseyn Ferdi arasında baş tutdu.

Bu səs vermənin dördüncü hisssəsi də ötən ilin son ayında Qasım Muqəddəmi, Vəhid Nəzəriyan, Əli Məhəmməd Pur, Məhəmməd Cəvad Kaşifi və Məsud Nurinin iştirakı ilə səsvermənin dördüncü mərhələsi keçirildi.

25 qari arasında keçiriləcəyi gözlənilən bu səsvermə, 5 mərhələdən ibarət sorğu şəklində hazırlanmışdır. Səsvermədən sonra sorğuda iştirak edən 5 Quran qarisindən biri seçilir. Ümumi nəticədə 5 sorğunun sonunda 25 nəfərdə yalnız 5 nəfəri finala çıxacaq. Bunun ardından da hazırlanan final sorğusunda İranın ən yaxşı Quran qarisi sizin verdiyiniz səslərlə müəyyən ediləcək.

Hazırda Mehdi Qulamnejad, Hamid Vəlizadə, Seyyid Mustafa Hüseyni, Məhəmməd Həsən Müvəhhidi ve Hamid Əlzadənin iştirakı ilə səsvermənin beşinci mərhələsi keçirilir.

Sorğular saytın ön səhifəsində yer alır. Fikirinizi ətraflı çatdırmaq üçün də xəbərin altında şərh yaza bilərsiniz.

Mehdi Qulamnejad



Hamid Vəlizadə


 

Seyyid Mustafa Hüseyni


 

Məhəmməd Həsən Müvəhhidi


 

Hamid Əlizadə


 


captcha