IQNA

Əbədi, əzəmətli, möhtəşən İslam İnqilabı;

"Allah günü" 22 Bəhməndə böyük yürüşlər başladı

9:52 - February 10, 2017
Xəbər sayı: 3481329
Bu gün İİR-da "İslam İnqilabı"nın 39-cu baharını qarşılayır iranlılar. Bu münasibətlə bu gün səhər saat 9:00-dan İranın hər yerində zülm və zalimlərin əleyhinə böyük və izdihamlı yürüşlər başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün İran İslam Respublikasında böyük "İslam İnqilabı"nın 39-cu baharını qarşılayır iranlılar.

Bu münasibətlə bu gün səhər saat 9:00-dan İranın hər yerində zülm və zalimlərin əleyhinə böyük və izdihamlı yürüşlər başlayıb.

Bu gün İran İslam İnqilabının dünyanın siyasi, ictimai və iqtisadi axarını dəyişən ömüründən 38 il keçdi, otuz səkkiz bahar geridə qaldı. Otuz doqquzuncu baharı iranlılar vətəni, İslamı və inqilabı sevən böyük eşqlə qarşılayırlar. İranın ən ucqar kəndlərinin və paytax Tehranın bütün küçələrində vətənini və inqilabını sevən aşiqlər seli axır.

Dünyaya İslamın həqiqi simasını göstərən, həqiqi azadlıq və istiqlalın nə demək olduğunu aşılayan İslam İnqilabı bu inqilabın dahi rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) təbiri ilə desək "nur partlayışı" idi.

Bu gün qeyrətli, dinini və vətənini sevən iranlılar küçələrə axaraq bir daha dərin bəsirət və uca imanları ilə "vəhdət" və "birlik" nümayiş etdirəcəklər.

İslam İnqilabının 39-cu baharının ilk Cüməsində artıq səhər saatlarından aşiqlər öncədən yürüşlər üçün təyin edilmiş xiyabanlara tərəf hərəkətdədirlər. Bu saatlar və dəqiqələr 1357-ci ilin İnqilab baharını xatırladır insanlara. Onlar bu gün yenidən İslam İnqilabının dahi rəhbəri ilə beyət edəcək və İnqilabının hədəfləri uğurunda yenidən əhd bağlayacaqlar.

İslam İnqilabının 38 illik ömrünün ildönəmi bayramları bu il Bəhmən ayının 12-dən Həzrət İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində başlamışdır və bu gün (22 Bəhmən 1395 hicri-şəmsi / 10 Fevral 2017) İran xalqının möhtəşəm və izdihamlı yürüşü ilə sona yetəcəkdir.

Bu dəqiqələrdə Tehranda İran İslam İnqilabı bayramı milyonlarla insanın iştirakı ilə keçirilir. Bu festivalda İranın və xarici dövlətlərin rəsmiləri və həmçinin media nümayəndələri iştirak edirlər. Bu dəqiqələrdə başlayan mərasimdə keçən illərdə olduğu kimi bu il də İran İslam Respublikasının prezidenti Höccətul- İslam vəl-müslimin Dr. Həsən Ruhani çıxış edəcəkdir və xalqın bəyannamə və qətnaməsini oxuyacaqdır.

Qeyd edək ki, yürüşlərdə xalqın bütün təbəqələri, o cümlədən ruhanilər və Quran cameəsinin üzvləri iştirak edirlər və həmçinin 6 min nəfər jurnalist bu böyük hadisəni işıqlandırır və yürüşlər İranda və dünyada canlı yayımla efirə gedir.

Yürüş istiqamətlərində 1400 mədəni, elmi və tibbi xidmət servisləri fəaliyyət göstərir.

Keçən illərdəki kimi bu il də İran İslam İnqilabı festivalı bu gün Zöhr namazından yarım saat öncə sona çatacaqdır.

http://iqna.ir/fa/news/3572788


captcha