IQNA

İİR Prezidenti:

Xalqın milyonluq yürüşü İslami İranın milli iqtidarının göstəricisidir

11:55 - February 10, 2017
Xəbər sayı: 3481331
Həsən Ruhani xalqın milyonluq yürüşünü milli iqtidarının göstəricisi sayaraq dedi: Xalq öz izdihamlı iştirakı ilə dünyaya elan etdi ki, dünya İran milləti ilə hörmət və ehtiramla danışmalıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Höccətul- İslam vəl- müslimin Dr. Həsən Ruhani ölkənin bütün şəhər və rayonlarında İran xalqının milyonluq yürüşünü İslami İranın milli iqtidarının göstəricisi hesab edərək dedi: Əziz İran xalqı İslam İnqilabının ildönümündə özünün izdihamlı iştirakı ilə dünyaya elan etdi ki, dünya İran milləti ilə hörmət və ehtiramla danışmalı və davranmalıdır.

İran İslam Respublikasının prezidenti Höccətul- İslam vəl- müslimin Dr. Həsən Ruhani bu gün, Cümə günü, 10 Fevral 2017 (22 Bəhmən 1395), İslam İnqilabının ildönümü bayramında xalqın yürüşünə qatılaraq juranlistlər ilə görüşündə xalqın bu əzəmətli bayram günü izdihamlı iştirakına görə xalq təşəkkürünü bildirdi və dedi: Əziz İran xalqı İslam İnqilabının ildönümündə özünün izdihamlı iştirakı ilə bir daha dünyaya elan etdi ki, İslam İnqilabı diridir, ayaqdadır, yaşayır, öz uca hədəfləri istiqamətində irəliləyir və dünya İran milləti ilə hörmət və ehtiramla danışmalı və davranmalıdır.

İran İslam Respublikasının prezidenti Höccətul- İslam vəl- müslimin Dr. Həsən Ruhani bu çıxışında ölkənin bütün şəhər və rayonlarında İran xalqının milyonluq yürüşünü İslami İranın milli güc və iqtidarının göstəricisi hesab edərək dedi: Xalq küçələrə və xiyabanlara axışdı ki, dünyaya göstərsin ki, İslam İnqilabı, İmam Xomeyninin (r.ə) yolu və Ali Məqamlı Rəhbərimiz Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları tək deyildir!

Höccətul- İslam vəl- müslimin Dr. Həsən Ruhani bu il "22 Bəhmən" yürüşünün xüsusi bir ismarıca malik olduğunu vurğulayaraq dedi: Xalqın bu iştirakı və hüzuru Ağ Evin yeni başçılarının yanlış və azğın sözlərinə dişsındıran bir cavabdır. Xalq onlara elan etdi ki, onlar İran milləti ilə quldurluq və təhdid dili ilə danışa bilməzlər!

Dr. Həsən Ruhani xatırlatdı: İran milləti keçən 38 il ərzində göstərdi ki, bu millət ilə təhdid və quldurluq dili ilə danışan hər kəs peşiman olacaqdır.

O əlavə etdi: İran xalqının tutduğu yol və mövqe hamıya tam şəkildə aydındır və İranı təhdid edənlər tutduqları yoldan peşiman olacaqlar.

Ruhani sonda vurğuladı: İslam İnqilabı həyatdadır, diridir və keçmişdəkindən daha da canlı öz ali hədəfləri yolunda irəliləyir.

http://iqna.ir/fa/news/3572825


captcha