IQNA

Donald Trampın müsəlman miqrantlar barədə fərmanının ləğvi müddəti uzadıldı

12:39 - February 10, 2017
Xəbər sayı: 3481332
ABŞ-ın yeni prezidenti Donald Trampın yeddi müsəlman ölkəsindən olan mühacirlərin Amerikaya girişini qadağan edən fərmanının ləğvi müddəti federal apellyasiya məhkəməsinin hökümünə əsasən uzadıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın yeni prezidenti Donald Trampın yeddi müsəlman ölkəsindən olan mühacirlərin Amerikaya girişini qadağan edən fərmanının ləğvi müddəti federal apellyasiya məhkəməsinin hökümünə əsasən uzadıldı.

Amerikanın Federal Apellyasiya məhkəməsinin 2017-ci ilin Fevral ayının 9-da çıxardığı qərara görə, ABŞ-ın yeni prezidenti Donald Trampın yeddi müsəlman ölkəsindən olan mühacirlərin Amerikaya girişini qadağan edən fərmanının ləğvi müddəti uzadıldı. Yeni hökmə görə İran, İraq, Suriya, Siviya, Yəmən, Sudan və Sumalidən olan miqrant və mühacirlər Amerikaya heç bir məhdudiyyət olmadan səfər edə biləcəklər.

ABŞ-ın yeni prezidenti Donald Tramp cari ilin ötən ayında fərman vermişdi ki, yuxarıda qeyd olunan yeddi müsəlman ölkəsindən olan miqrant və mühacirlərin Amerikaya girişi qadağandır.

Bu fərmana əsasən göstərilən yeddi ölkənin vətəndaşları 90 gün ərzində, suriyalı qaçqın və sığınacaq axtaranlar müddətsiz olaraq və digər miqrant və sığınacaq axtaranların isə 120 gün ərzində ABŞ-a girişi qadağan edilmişdi ki, Vaşiqntonun fedaral hakimlərindən birinin hökmü əsasında bu fərman bütün Amerikada ləğv edildi.

Bu hökmdən sonra Tramp məsələni Apellyasiya məhkəməsinə göndərəsə də məhkəmini uduzdu və Trampın fərmanı ləğv edildi.

ABŞ-ın Apellyasiya məhkəməsinin hakimləri elan ediblər ki, "dövlətin göstərilən ölkələrin vətəndaşlarının hansısa bir terroru törətməkləri barədə əsaslı dəlili yoxdur".

Apellyasiya məhkəməsinin hökmündə deyilir: ABŞ xalqı öz milli təhlükəsizliklərini və öz seçdikləri prezidentin siyasətlərinin icrasını sevdikləri kimi digər xalqların da səfər azadlığı sevir və bir ailənin üzvlərinin bir-birindən ayrılmasını istəmirlər.

Tramp isə bu hökmə yenə də etiraz edərək "tyuter" sosial şəbəkəsində yazıb: "Sizi yenidən məhkəmədə görəcəm, ölkənin təhlükəsizliyi xətərdədir".

http://iqna.ir/fa/news/3572805


Teqlər: iqna ، iran ، sumali ، sudan ، liviya ، livan ، İraq ، suriya ، yəmən ، tramp ، miqrant ، mühacir
captcha