Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Livanın "Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah ABŞ Prezidenti Donald Trampın əqli keyfiyyətləri barədə mənfi rəy bildirib. O, hesab edir ki, Trampın Ağ Ev rəhbəri olması bütün dünyanın xeyrinə olacaq.
"Axmağın Ağ Evin başına keçməsi və onun öz səfehliyi ilə lovğalananması xüsusunda olduqca nikbinik. Bu bütün dünyanın məzlumları üçün xilas olmanın başlanğıcıdır.”, - deyə Nəsrullah öz çıxışı zamanı.
O, qeyd edib ki, "Hizbullah” yaradıldığı - 1980-ci illərlə müqayisədə nəzərə çarpacaq qədər güclüdür və Qərb tərəfdən olan təhlükələrə görə narahat deyil.