IQNA

Pəncabın tədris mərkəzlərində Quran tədirsi rəsmiləşdirildi

10:30 - February 13, 2017
Xəbər sayı: 3481342
Quranın tədrisi Pakistanın Pəncab əyalətinin dövlət universitetləri, təhsil ocaqları və təlim və tədris mərkəzlərində bu ölkənin təhsil nazirliyi və qanunverici orqanı tərəfindən rəsmişləşdirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quranın tədrisi Pakistanın Pəncab əyalətinin dövlət universitetləri, təhsil ocaqları və təlim və tədris mərkəzlərində bu ölkənin təhsil nazirliyi və qanunverici orqanı tərəfindən rəsmişləşdirildi.

İran İslam Respublikasının "Ravilpəndi" əyalətindəki Mədəniyyət İşləri İdarəsi məsulunun İQNA-ya verdiyi xəbərə görə, Pakistanın Pəncab əyalətinin əyalət məclisi ölkənin dövlət universitetlərində, təlim və tədris mərkəzlərində və eləcədə orta təhsil müəssisələrində Quran-Kərimin tərcümə, təfsir və mətninin ərəbcə oxunuşunun tədrisi barədə qanun imzalayıb.

Pakistan dövləti keçən ildən başlayaraq ölkənin dövlət müəssisələri və universitetlərində, təlim və tədris mərkəzlərində orta təhsil müəssisələrində Quran-Kərimin tərcümə, təfsir və mətninin ərəbcə oxunuşunun tədrisi ilə əlaqədar məsələlərin həlli üçün çalışırdı və dövlətin bu addımı xalq tərəfindən də dəstəklənirdi.

Əlbəttə bu barədə bəzi dini və məzhəbi qrumlar hələ də nigaran və narahatdırlar. Çünki düşünülər ki, bəzi ifratçı, radikal və təkfirçi cərəyanlar, o cümlədən vəhabi və sələfilər dövlətin bu addımından öz pis məqsədləri üçün istifadə edə bilərlər və Quran-Kərimin tərcümə və təfsiri zamanı öz pis niyyətlərini və azğın fikirlərini insanların zehninə yeridə bilərlər.

Amma ümumi halda Pakistanın elm və bilik adamlarının fikrincə dövlətin bu addımı yerində atılmış və dəyərli bir addımdır.

http://iqna.ir/fa/news/3573857


captcha