IQNA

Kərbəlada "Kufi xətti" ilə yazılmış qədim Quran tapıldı + Foto

8:16 - February 15, 2017
Xəbər sayı: 3481349
İraqın Kərbəla şəhərində Quran-Kərimin "hicrət"in 299-cu ilinə aid olan "Kufi xətti" ilə yazılmış yeni əlyazma nüsxəsi kəşf edilib. Bu barədə "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Birliyi" xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində Quran- Kərimin "hicrət"in 299-cu ilinə aid olan "Kufi xətti" ilə yazılmış yeni əlyazma nüsxəsi kəşf edilib.

Bu barədə Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı" xəbər verib.

Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının rəsmi informasiya portalının yaydığı məlumata görə, "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın müdiri Müştaq əl-Müzəffər deyib: Bu təşkilat tərəfindən araşdırmalar nəticəsində kəşf edilmiş Quran- Kərim nüsxəsi ən qədim əlyazma nüsxədir.

O əlavə edib: Bu Quran "Kufi" xətti ilə yazılmışdır və təşkilatın digər qədim əlyazma Quran nüsxələrinə əlavə edildi.

Bu məlumatda deyilir ki, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın qədim əlyazmaq Quran nüsxələrinin sayı 20-dən çox oldu.

"Əhl-Beyt (ə) İrsinin Araşdırmaları Təşkilatı"nın son işi "Mişkatul- Ənvar" kitabının müəllifi və məşhur təfsir alimi Şeyx Təbərsinin "Künuzun-Nəcah" kitabının tədqiq və təshihi olmuşdur.

http://iqna.ir/fa/news/3574415

کشف قرآن کوفی در کربلا + عکس

کشف قرآن کوفی در کربلا + عکس


captcha