IQNA

Kəraçinin "Muhəttə" saray muzeyində Quran sərgisi

8:48 - February 15, 2017
Xəbər sayı: 3481350
Pakistanın Kəraçi şəhərinin "Muhəttə" saray muzeyi Kəşmirin incəsənət məhsullarını sərgiləyən "Yer üzündə cənnət: Əlyazma nüsxələr, minyatular və Kəşmirin dərvişləri" adlı sərgiyə evsahibliyi edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Kəraçi şəhərinin "Muhəttə" saray muzeyi "Yer üzündə cənnət: Əlyazma nüsxələr, minyatular və Kəşmirin dərvişləri" adlı sərgiyə evsahibliyi edir.

Sərgidə Kəşmirin qədim incəsənət məhsullarının nümunələri, qədim əlyazmalar və tarixi sənaye eksponantları sərgilənib.

Bu sərginin açılış mərasimi Kəşmirin prezidenti Sərdar Məsud Xanının iştirakı ilə keçirilib.

Kəşmirin prezidenti Sərdar Məsud Xan açılış mərasimindəki çıxışında dedi: Kəşmir keçmişdə müsəlman və hinduların sülhamiz və dost şəraitdə yaşadığı region olub. Amma təəssüflər olsun ki, bu gün döyüş meydanına çevirilmişdir. Və artıq gələcəkdə bu cür qiymətli əsərlərin və məhsulların ərsəyə gəlməsinin şahidi olmaq çətin olacaqdır.

Sərdar Məsud Xan bununla belə yenə də Kəşmirin gələcəkdə xarici və iqtisadi əlaqələr, və digər müxtəlif sahələrdə Pakistan və Hindistan arasında rabitə körpüsünün olacağına və ortadakı ixtilafın həll olacağına ümid etdiyini vurğulayıb.

Sərgidə Kəşmirin qədim incəsənət məhsullarının nümunələri, qədim əlyazmalar və tarixi sənaye eksponantlarının kənarında Quran- Kərimin də qədim nüsxələri üçün yer ayrılmışdır.

Bu bölmədə Kəşmirin xətt ustalarının qədim əlyazma Quran nüsxələri və müxtəlif tayfaların nəsildən nəsilə keçən irsi Quran nüsxələri sərgiyə qoyulub.

Sərgiyə qoyulan Quran nüsxələrindən biri Kəşmirin şahlıq kompleksinə aid olan 18-ci əsrin Quran nüsxəsi olub. Bu qədim Quran nüsxəsinin ərəbcə mətni və farsa tərcüməsi nəstəliq xətti ilə yazılmışdır.

http://iqna.ir/fa/news/3574397


captcha