IQNA

Heydər Nuri Cəluxan:

"əl-Quran" kanalı müasir Quran diskursu üzərində mərkəzləşib

7:58 - February 20, 2017
Xəbər sayı: 3481367
Kərbəlanın "Al- Quran TV" peyk kanalı fəaliyyətə başladığı dövrdən öz proqramlarını mövcud ictimai- mədəni dəyərlərə uyğun olan Quran diskursu üzərində mərkəzləşdirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Kərbəla" peyk Tv kanalları kompleksinin direktoru vurğuladı: Kərbəla şəhərinin "Al- Quran TV" peyk kanalı fəaliyyətə başladığı dövrdən indiyədək öz proqramlarını günün tələbələrinə və mövcud ictimai- mədəni dəyərlərə uyğun olan Quran diskursu üzərində mərkəzləşdirib.

Heydər Nuri Cəluxan -"Kərbəla" peyk Tv kanalları kompleksinin direktoru, İQNA ilə müsahibəsində bu məsələ barədə açıqlama verərək dedi: "Al Quran Tv" peyk kanalı 2016-cı ilin Mart ayının 5-dən etibarən "Kərbəla" peyk Tv kanalları kompleksinin nəzdində fəaliyyət göstərir.

O əlavə etdi: Hazırda bu kanalın verilişlərinin 24 saatlıq yayılması üçün lazım olan proqramlaşdırma işlərini başlamışıq. Və qərara almışıq ki, yaxın gələcəkdə bu kanalada 12 saat Quran maarifi proqramları və 12 saat da tanınmış Quran qarilərinin seçilmiş tilavətlərini yayımlayaq.

Heydər Nuri Cəluxan -"Kərbəla" peyk Tv kanalları kompleksinin direktoru, bu kanalın yaradılmasının hədəfləri və əhəmiyyətinə işarə edərək dedi: Biz, İlahi kəlamın qarşısında öhdəmizə düşən ağır məsuliyyətin kiçik bir qismini yerinə yetirmək üçün bu kanalı yaratdıq. Və bu kanal yaradıldığı gündən indiyədək öz proqramlarını günün tələbələrinə və mövcud ictimai- mədəni dəyərlərə uyğun olan Quran diskursu üzərində mərkəzləşdirib.

"Kərbəla" peyk Tv kanalları kompleksinin direktoru vurğuladı: "Al Quran TV" kanalı İlk işini bir sıra məşhur Quran qarilərinin tilavətlərinin yayımı ilə başladı. Və elə indi də Quran tilavətləri kanalın əsas buraxılışlarını təşkil edir. Hazırda "Şeyx Meysəm Təmmar", "Hacı Üsamə əl-Kərbəlayi" (İmam Hüseyn (ə) hərəminin qarisi və azançısı), "Mustafa Ğalibi", "Rafe əl-Amiri" (İraqın Milli Quran Elmləri Mərkəzinin direktoru) və digərlərinin səsi ilə Quran tilavətlərinin yazılmasına məşğuluq ki, bu tilavətlər də gələcək verilişlərdə efirə gedəcəkdir.

O, İran qarilərinin tilavətlərinin də bu kanaldan yayımlanması barədə dedi: Biz İran İslam Respublikasının Quran və Maarif kanalı ilə bu barədə razılıq əldə etmişik və onlar öz arxivlərində olan Quran tilavətləri videolarını kanaldan yayımlamaq üçün bizim ixtiyarımıza verəcəklər. Bundan əlavə biz iranlı qari Hamid Şakirnəjadın Bəsrə əyalətinin Quranla üns məclislərində icra etdiyi tilavətləri və həmçinin Kərim Mənsurinin iraqlı Quran hafizi olan xanımların ilk toplantısında icra etdiyi qiraəti də lentə almışıq və yaxın günlərdə kanalımızdan efirə gedəcəkdir.

Heydər Nuri Cəluxan -"Kərbəla" peyk Tv kanalları kompleksinin direktoru, əl-Quran kanalının digər peyk kanalları ilə həmkarlığına da işarə edərək dedi: Bu kanal digər peyk kanalları ilə geniş həmkarlıq edir, xüsusilə də Livanın "əl-Mənar", "əs-Sirat" və "əl-İman" kanalları ilə Quran proqramları çərçivəsində yaxından əməkdaşlıq edir.

Qeyd edək ki, "Kərbəla" peyk Tv kanalları kompleksinin nəzdində "Kərbəla", "Al-Quran" və "əs-Səfir" (ingiliscə) kanalları fəaliyyət göstətirlər.

Cavad Parsamehr

http://iqna.ir/fa/news/3575492


captcha