IQNA

Pakistanlı nazir "İslami terrorizm" ifadəsinin istifadəsinə etirazını bildirdi

11:01 - February 20, 2017
Xəbər sayı: 3481371
Terrorizm heç bir din ilə sinonim məna daşımır. Terroçular məsihi (xaçpərəst), müsəlman, buddist və ya "hindu" deyildirlər, onlar təkcə "terrorist" və cinayətkardırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xacə Məhəmməd Asif – Pakistanın müdafiə naziri, Almaniyanın Munix şəhərində keçirilən "təhlükəsizlik toplantısı"nda natiqlər tərəfindən "İslami terrorizm" ifadəsinin dəfələrlə təkrarlanmasına və ümumiyyətlə belə bir ifadənin işlədilməsinə qarşı kəskin etirazını bildirdi.

Xacə Məhəmməd Asif – Pakistanın müdafiə naziri, bu toplantıda iştirak edən müxtəlif ölkələrin rəsmi nümayəndələrinə birbaşa müraciət edərək dedi: Terrorizm heç bir din ilə sinonim məna daşımır. Terroçular məsihi (xaçpərəst), müsəlman, buddist və ya "hindu" deyildirlər, onlar təkcə "terrorist" və cinayətkardırlar.

Pakistanın müdafiə naziri "İslami terrorizm" ifadəsinin yanlış olduğunu vurğulayaraq və bu ifadənin işlədilməsinə qəti şəkildə etiraz edərək dedi: Terrorçuların və terrorizmin qurbanlarının 90%-dən çoxu müsəlmanlardırlar. Mən səhər tezdən indiyədək bu ifadəni dəfələrlə natiqlərin dilindən eşitdim. ABŞ-ın prezidenti dayanmadan bu ifadəni səsləndirir. Və bu, cəmiyyətdə "islamofobiya"nı qızışdırmaqdır. Çünki bu ifadəni işlədənlər "terrorizm" ilə "İslam"ın sinonim olduğunu göstərməyə çalışırlar.

Xacə Məhəmməd Asif – Pakistanın müdafiə naziri, Amerikanın siyasətlərini kəskin şəkildə məhkum edərək dedi: Terrorizm ilə mübarizə bütün bəşəriyyət və insanlar üçün müştərək döyüşdür və Pakistan terrorizm ilə mübarizə üçün qəti qərarlıdır.

Qeyd edək ki, keçən həftənin Cümə günüdən Bazar gününədək keçirilən "Munix təhlükəsizlik toplantısı"da 10 ölkənin prezidenti, ABŞ prezidentinin müavini, 8 ölkənin baş naziri, 30 ölkənin xarici işlər naziri, 20-dən çox ölkənin müdafiə naziri, BMT-nin baş katibi, NATO-nun baş katibi, İƏT-in baş katibi, Ərəb Birliyi, Şanghay təşkilatı, Avropa parlamentlərinin rəisləri, Avropa Şurası üzvləri, Avropa Birliyinin xarici siyasət məsulu, Atom Enerjisinə Nəzarət Təşkilatının direktoru, İnterpol, Beynəlxalq Miqrant Təşkilatı, Miqarantların işi üzrə ali komisarlıq və Avropa Birliyinin komissarları iştirak ediblər.

Bu iclasda NATO-nin gələcəyi, dünyada təhlükəsizliyin və nizam-intizamın qurulması, terrorizm, radikalizm, Ərəb dünyası, Suriya, Ukrayn, Koreya və digər mühüm məsələlər müzakirə edilib.

http://iqna.ir/fa/news/3575988


captcha