IQNA

Türkiyədə Azan səsinə məhdudiyyət tətbiq olunub

14:06 - February 20, 2017
Xəbər sayı: 3481373
Türkiyə Dəyanət İşləri Nazirliyi azan səsi ilə bağlı müəyyən etdiyi yeni standartı açıqlayıb.

Türkiyədə Azan səsinə məhdudiyyət tətbiq olunub

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istindla xəbər verir ki, bundan sonra azan səsi 80 desibeldən yüksək olmamalıdır.

Nazirlik 85 desibelin insan sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq, belə bir qərar qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə polisi ötən həftə Ərzrumda keçirilən Avropa gəncləri qış oyunları zamanı tamaşaçılar arasında Quran paylanılmasının qarşısını almışdı.

Teqlər: türkiyə ، azan səsi ، məhdudiyyət ، iqna ، quran ، İkna ، İslam
captcha