IQNA

Beynəlxalq Amnistiya:

Nigeriya hökuməti Şeyx Zəkzəki barədə məhkəmənin qərarına tabe olmur

9:12 - February 21, 2017
Xəbər sayı: 3481374
İsa Fanus Şeyx Zəkzəki barəsində Federal Ali Məhkəmənin verdiyi qərara baxmayaraq, hökumətin onu azadlığa buraxmadığını bildirib.

Nigeriya hökuməti Şeyx Zəkzəki barədə məhkəmənin qərarına tabe olmur

Beynəlxalq Amnistiya təşkilatının Nigeriya üzrə mətbuat sözçüsü İsa Fanus Mehrnews-a verdiyi müsahibəsində, Şeyx İbrahim Zəkzəkinin səhhətilə bağlı verilən sualı cavablandırıb: "Biz şeyxin vəziyyətini öyrənmək üçün böyük səy göstərdik, ancaq Şeyxlə görüşümüzə heç vaxt icazə verilmədiyi üçün bu mövzuda bir söz deyə bilmərəm".

İsa Fanus Şeyx Zəkzəki barəsində Federal Ali Məhkəmənin verdiyi qərara baxmayaraq, hökumətin onu azadlığa buraxmadığını bildirib: "Biz də şeyxin azadlığa buraxılmaması ilə bağlı mütəmadi narahatlıqlarımızı Nigeriya dövlətinə bildirir, onlardan şeyx ilə xanımı və onlarla birlikdə həbs olunan digər şəxsləri də azadlığa buraxmalarını tələb edirik".

Beynəlxalq Amnistiya təşkilatının Nigeriya üzrə mətbuat sözçüsü Nigeriyanın prezidenti Məhəmməd Buxarinin rəhbərlik etdiyi dövlətin qanunlara əməl etmədiklərini bildirib: "Nigeriya dövləti Federal Ali Məhkəmənin şeyxin azadlığa buraxılmasına dair verdiyi qərara tabe olmayaraq, qanunlara sadiq olmadığını sübut etdi. BMT Nigeriya dövlətinin bu hərəkətini şiddətlə qınayır". (deyerler) /

captcha