IQNA

Hindistanın myanmarlı müsəlmanlarının yeni problemi

10:37 - February 21, 2017
Xəbər sayı: 3481376
Hindistanın bəzi siyasi partiyalarının ruhangiyalı müsəlman qaçqınların ölkədən çıxarılması ilə bağlı tələbləri"Camu və Kəşmir"də məskunlaşan myanmarlı miqrantların nigarançılığına səbəb olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın bəzi siyasi partiyalarının ruhangiyalı müsəlman qaçqınların ölkədən çıxarılması ilə bağlı irqçi və ayrı-seçkilik salan tələbləri bu ölkənin Şimal-Qərbində "Camu və Kəşmir" əyalətində məskunlaşan myanmarlı müsəlman miqrantların nigarançılığına səbəb olub.

"Arakan" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, Hindistanın əsas siyasi partiyalarından bəziləri, o cümlədən hakim partiya "Baharatiya Canata" partiyası, dövlət tələb ediblər ki, ruhangiyalı müsəlman miqrantları ölkədən ixrac və sürgün eləsin. Bu məsələ Hindistanın Şimal-Qərbində "Camu və Kəşmir" əyalətində məskunlaşan myanmarlı müsəlman miqrantların nigarançılığını çoxaldıb.

Hindistanın siyasi partiyaları myanmarlı müsəlman miqrantların müvəqqəti məskunlaşdığı qaçqın düşərgələrində xiyabanlara elan lövhələri asaraq, ayrı-seçkilik və irqçilik zəminində atılmış bir addımla, onlardan tələb ediblər ki, ən tez zamanda qaçqın düşərgələrini boşaltsınlar və əyalətdən çıxıb getsinlər.

Siyasi partiyalar bu addımları üçün milli və mədəni dəyərləri qorumaq kimi bəhanələr irəli sürüblər.

Məhəmməd Sadiq – "Ruhangiya"lə miqrantlardan 40 yaşlı bir nəfər, bubarədə dedi: "Mən neçə il ömcə "Camu və Kəşmir" əlayətinə gəlmişəm. Bu elan lövhələrindəki yazıları oxuyarkən çox narahat və nigaran oldum və özümü təhlükəsizlikdən kənar hiss etdim".

Hindistanın bu addımı atdığı bir vaxtda isə Myanmarın Raxin əyalətində müsəlmanların ictimai vəziyyət çox çətin bir haldadır və müsəlmanlar keçən ilin payızından hər gün myanmarlı buddistlər və qoşunlar tərəfindən vəhşi hücumlar və cinayətlərə məruz qalırlar və indiyədək on minlərlə insan öldürülüb.

http://iqna.ir/fa/news/3576434


Teqlər: iqna ، myanmar ، raxin ، ruhangiya
captcha