IQNA

Dünya Müsəlmanlarının Dahi Rəhbəri:

Bütün İslami və milli cərəyanlar Fələstin amalının xidmətində durmalıdırlar

22:47 - February 21, 2017
Xəbər sayı: 3481378
"Bütün islam və milli cərəyanlar Fələstin amalının xidmətində durmalıdırlar və İslam Respublikasının müqavimət qrupları ilə dərin əlaqəsi onların müqavimət prinsipinə sadiq qalmasına əsasəndir".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Böyük Rəhbəri 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransında çıxış ediblər.
İnqilab Rəhbərinin müraciətinin tam mətnini təqdim edirik:
بسم الله الرحمن الرحیم
قال الله الحکیم فی کتاب المبین: "وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ" و قال عز من قائل: " فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَکُمْ وَلَن یَتِرَکُمْ أَعْمَالَکُمْ"
İlk başda, bütün əziz qonaqlar, hörmətli parlament sədrləri, müxtəlif Fələstin qrupları liderləri, islam dünyasının alimləri, ziyalıları və tanınmış şəxsiyyətləri, eləcə də digər azadlıqsevər şəxsiyyətlərə xoş gəldiniz deyirəm və sizin bu dəyərli iclasda iştirakınızı yüksək qiymətləndirirəm.
Başı bəlalı və qəm-kədərə batmış Fələstin, onun səbirli və müqavimətli xalqı, doğrudan da hər bir azadlısevər, haqqsevər və ədalətsevər insanın qəlbini incidir və ürəyi əzab-əziyyəti və dərdə salır. Fələstinin tarixi və onun zülmlə işğalı, milyonlarla insanın didərgin düşməsi və bu qəhrəman xalqın şücaətli müqaviməti eniş-yoxuşludur. Tarixi dəqiq şəkildə analiz etdikdə, tarixin heç bir zaman kəsiyində dünya xalqlarından heç birinin belə əzab-əziyyət, qəm-kədərə və zülmə məruz qalmadığı müşahidə olunur. Belə ki, regiondan kənar bir məkrli planla bir ölkə tamamilə işğal olunsun, vətəndaşlar öz ev-eşiklərindən qovulsun və onların yerinə dünyanın başqa yerlərindən qruplar oraya gətirilsin, həqiqi mövcudluq görməməzliyə vurulsun və saxta mövcudluq onun alternativi olsun. Bu da çirkli səhifələr kimi, tarixin kirli səhifələrindən biridir. Allah-taalanın izni və onun köməyi ilə təmizlənəcəkdir. Çünki:
"اِنَّ الباطِلَ کانَ زَهوقا"
أَنَّ الْأَرْضَ یَرِثُها عِبادِیَ الصَّالِحُونَ
Sizin konfransınız dünya və regionun ən ağır şəraitlərindən birində keçirilir. Qlobal məkrli plana qarşı mübarizələrində həmişə Fələstin xalqının dəstəyi olan regionumuz bu günlər de-stabillik və çoxlu böhranlarla qarşı qarşıyadır. Regionun bir neçə islam ölkəsindəki mövcud böhranlar səbəb olub ki, Fələstin və Qüdsün azadlığı kimi müqəddəs amala dəstək zəifləsin. Bu böhranların nəticəsinə diqqət yetirmək ondan faydalanan qüdrətlərin kim olduğunu bizə anladır. Bu bölgədə sionist rejimi yaradanlar uzunmüddətli bir qarşıdurmanı yaratmaq vasitəsi ilə regionun stabilliyi, möhkəmlənməsi və inkişafına mane olurlar. Hazırda da mövcud fitnələrin arxasında dayanmışlar. Bu fitnələr region xalqlarının potensiallarının bir-birini zərərsizləşdirmək istiqamətində əbəs və puç qarşıdurmalarda sərf olunmasına səbəb olub. Hamının zəifləməsi ilə o zaman qəsbkar sionist rejimin daha da güclənməsi üçün fürsət yaranacaqdır. Həmçinin bu arada islam ümmətinin xeyirxahları, ziyalıları və alimlərinin səylərinin şahidiyik. Onlar bu ixtilafların həll edilməsinə can yandırırlar. Lakin təəssüflər olsun ki, düşmənin mürəkkəb məkrli planları bəzi dövlətlərin xəbərsizliyindən faydalanaraq xalqlara vətəndaş müharibələrini yaradıblar, onları bir-birinin canına salıblar və islam ümmətinin bu xeyirxahlarının səylərinin təsirini azaldıblar. Bu arada əhəmiyyət kəsb edən məsələ Fələstin məsələsi və onun prioritetdən çıxarılması üzrə düşmənin göstərdiyi səylərdir. Bəzisi təbii, bəzisi düşmənin məkrli planı, bəzisi də qəflət səbəbi ilə olan islam ölkələrinin bir-birləri ilə ixtilaflarının olmasına baxmayaraq, Fələstin adı yenə və mütləq onların hamısının birlik mehvəri ola bilər. Bu dəyərli iclasın nailiyyətlərindən biri islam dünyası və dünya azadlıqsevərlərinin ilk proritetini, yəni Fələstin məsələsi və Fələstin xalqı, onun ədalətsevər və haqsevər mübarizələrinə dəstək üzrə ali məqsədi gerçəkləşdirmək üçün həmrəylik şəraitini yaratmaqdır. Heç vaxt Fələstin xalqına siyasi dəstəyin əhəmiyyəti unudulmamalıdır. Çünki bugünkü dünyada xüsusi prioritetliyə malikdir. Müsəlman və azadlıqsevər xalqlar hər bir metod və formada bir məqsəd uğrunda bir yerə toplaşa bilərlər. Bu məqsəd Fələstin və onun azadlığı üçün səyin vacibliyidir. Sionist rejimin tənəzzül nişanələri və onun əsas müttəfiqləri, əsasən də Amerika Birləşmiş Ştatlarına hakim kəsilən zəifliyin aşkara çıxması ilə qlobal şəraitin də sionist rejimin düşmənçilik, qeyri-qanuni və qeyri-insani hərəkətləri ilə mübarizəyə doğru marağı olduğu müşahidə edilir. Əlbəttə hələlik dünya ictimaiyyəti və region ölkələri bu insani məsələ qarşısında öz vəzifəsini yerinə yetirə bilməmişdir.
Fələstin xalqının vəhşicəsinə repressiyasi, irimiqyaslı həbslər, qətl və qarət, bu xalqın ərazilərini qəsb etmək və oralarda qəsəbələrin salınması müqəddəs Qüds şəhəri, əl-Əqsa Məscidi və orada digər islam və xristian müqəddəs məkanlarının kimliyi və mentalitetini dəyişmək üçün səylər, vətəndaşların ilkin hüquqlarının tapdalanması və bir çox digər zülmlər hələ də davam edir. Amerika Birləşmiş Ştatları və bəzi qərb dövlətlərinin hərtərəfli dəstəyinə malikdir. Təəssüflər olsun ki, dünyanın layiqli reaksiyası ilə də üzləşmir. Fələstin xalqı fəxr edir ki, Allah-taala onlara minnət qoyub və bu müqəddəs məkan və əl-Əqsa məscidinin müdafiəsi üzrə böyük tapşırığı onların çiyninə qoymuşdur. Bu xalqın öz zati potensiallara söykənərək mübarizə odunun yanmasını davam etdirməkdən başqa bir çarəsi yoxdur. Haqqına, indiyə qədər də belə etmişdir. Hazırda işğal olunmuş ərazilərdə üçüncü dəfə olaraq başlayan intifazə ötən iki intifazədən daha məzlumdur, amma parlaq və hərəkətə ümid bəsləyir. Allahın izni ilə görəcəksiniz ki, bu intifazə mübarizələr tarixində çox böyük mərhələyə imza atacaq və qəsbkar rejimə başqa bir məğlubiyyəti dadızdıracaqdır. Bu xərçəng şişi, elə başlanğıcdan mərhələli şəkildə böyüyüb, hazırkı bəlaya çevrilib və onun müalicəsi də mərhələli şəkildə olmalıdır. Belə ki, bir neçə intifazə, davamlı müqavimət çox önəmli mərhələlər məqsədini gerçəkləşdirə bilər və tufan kimi irəliləyir ki, Fələstinin tam şəkildə azad edilməsinə qədər öz məqsədlərini gerçəkləşdirsin.
Təklikdə beynəlxalq sionizm və onun quldur hamiləri ilə mübarizədə ağır yükü çiyninə götürən Fələstinin böyük xalqı səbirli və müqavimətlidir. Eyni zamanda bütün iddiaçılara tam şəkildə fürsət verib ki, öz iddialarını sınaq təcrübəsindən keçirsinlər. Yanlış realistlik iddiası və onun məhv olmasının qarşısını almaq üçün minimum hüququn qəbul edilməsinin vacibliyi ilə saziş planları çərçivəsində ciddi şəkildə irəli sürüldüyü vaxt Fələstin xalqı və bu ideyanın yanlışlığı tam şəkildə onlara sübut olunan bütün cərəyanlar ona fürsət verdilər. Əlbəttə İran İslam Respublikası elə əvvəldən belə təslimçi metodların yanlışlığını vurğulayır və onun ziyalı nəticələri və ağır xəsarətlərini xatırladırdı. Saziş prosesinə verilən fürsət Fələstin xalqının müqavimət və mübarizə yolunda dağıdıcı təsirlər qoydu. Amma onun yeganə faydası, əməldə real təsəvvürün yanlışlığının isbat edilməsi idi. Ümumiyyətlə sionist rejimin formalaşması metodu elə bir şəkildədir ki, avantüradan, repressiyadan və fələstinlilərin hüquqlarını tapdalamaqdan boyun qaçıra bilməz. Çünki mövcudluğu və mentaliteti Fələstinin mövcudluğu və mentalitetini tədrici şəkildə məhv etməyə bağlıdır. Sionist rejimin qeyri-qanuni mövcudluğu o halda davam edə biləcəkdir ki, Fələstinin mentaliteti və mövcudluğunun viranəlikləri üzərində qurulsun. Elə buna görədir ki, Fələstin mentalitetini qorumaq və bu mentalitetin təbii və haqlı nişanələrinin hamısını mühafizə etmək, vacib, zəruri məsələdir və müqəddəs cihaddır. Fələstin adı, Fələstin xatirəsi, bu xalqın hərtərəfli müqavimətinin odu alovlandıqda qəsbkar sionist rejimin dayaqlarının möhkəmlənməsi əsla mümkün deyildir.
Təslimçi saziş prosesinin yeganə problemi bu deyil ki, bir xalqın hüququndan vaz keçərək bağışlanmaz və böyük səhv olan qəsbkar rejimə qanunilik verir. Əslində problem budur ki, Fələstin məsələsinin hazırkı şəraiti ilə heç bir mütənasibliyi yoxdur və sionistlərin avantüristlik və repressivlik xüsusiyyətlərini nəzərdə tutmur. Lakin bu xalq fürsətdən istifadə edərək saziş iddiaçılarının iddiasının yanlışlığını sübuta yetirmişdir. Nəticədə Fələstin xalqının haqlı hüququna riayət olunması üçün mübarizənin düzgün metodları barədə bir növ milli birlik formalaşmışdır.
Fələstin vətəndaşları ötən üç dekada gündəliyində iki fərqli örnəyi təcrübə etmişdir və onun öz şəraiti ilə mütənasiblik ölçüsünü anlamışlar. Təslimçi saziş prosesi qarşısında qəhrəman müqavimət örnəyi və müqəddəs intifazənin davamlılığı qərarlaşır. Belə ki, bu xalq üçün böyük nailiyyətlərə imza atmışdır. Bu günlər keçmişi bəlli dairələr tərəfindən müqavimətin hücuma məruz qalması və yaxud intifazənin məchulluqla üzləşdirilməsini müşahidə etməyimiz səbəbsiz deyildir. Düşməndən bundan başqasını gözləmək olmaz. Çünki bu yolun doğruluğu və onun faydalı olduğunu tam şəkildə anlayır. Amma bəzən müşahidə edirik ki, bəzi cərəyanlar, hətta vizual olaraq Fələstin məsələsini izlədiklərini iddia edən bəzi ölkələr əslində bu xalqı düzgün yoldan yayındırmağa çalışırlar və müqavimətə qarşı çıxırlar. Onların iddiası budur ki, müqavimət bir neçə dekada ömrü ərzində hələ də Fələstinin azadlığını reallaşdıra bilməmişdir. Deməli bu metod gözdən keçirilməyə ehtiyac duyur! Cavabında demək lazımdır: Doğrudur, müqavimət hələ də öz yekun məqsədi, yəni Fələstinin tam azadlığını əldə edə bilməmişdir, amma müqavimət Fələstin məsələsini canlı saxlaya bilmişdir. Diqqət yetirmək lazımdır ki, müqavimət olmasaydı, hazırda hansı şəraitdə olardıq? Müqavimətin ən önəmli nailiyyəti sionist planlar qarşısında əsaslı əngəl yaratmaqdır. Müqavimətin uğuru düşmənə yorucu bir müharibəni qəbul etdirməkdir. Yəni bütün regiona nəzarət etmək olan sionist rejimin əsas proqramını məğlubiyyətə sürükləyə bilmişdir. Bu prosesdə, haqqına, müqavimət və müxtəlif dövrlərdə, sionist rejimin təsis edilməsi prosesinin əvvəlindən müqavimət göstərən, öz canlarını qurban verən, müqavimət bayrağını dalğalandıran və nəsildən nəslə onu davam etdirən mübarizlər alqışlanmalıdır. İşğaldan sonrakı dövrlərdə müqavimətin rolu heç kimə gizli deyil, və 1973-cü il müharibədə qısa da olsa qələbədə müqavimətin rolunu mütləq, görməməzliyə vurmaq olmaz. 1982-ci ildən müqavimət yükü praktiki olaraq Fələstin vətəndaşlarının üzərinə düşüb. Amma Livan İslam Müqaviməti, Hizbullah, köməyə gəldi və mübarizələri yolunda fələstinlilərin dadına çatdı. Əgər müqavimət sionist rejimi diz çökdürməsəydi, hazırda bu rejimin regionun digər ərazilərinə də caynaq atdığının şahidi olardıq. Misirdən tutmuş İordaniya, İraq, Fars körfəzi və sairəyə qədər. Bəli, bu, çox önəmli nailiyyətdir. Amma bu, müqavimətin yeganə nailiyyəti deyildir, Livanın cənubunun azadlığı, Qəzzənin azadlığı, Fələstinin azadlığı prosesində iki önəmli mərhələli məqsədin reallaşması hesab olunur ki, sionist rejimin coğrafi genişlənməsi prosesini əksinə çevirə bilmişdir. 1980-ci illərdən sonra, artıq sionist rejim yeni ərazilərə caynağını ata bilməmişdir, əksinə Livanın cənubundan utancverici şəkildə çıxmaqla geri çəkilməsi başlamışdır və bir daha Qəzzədən zəlil şəkildə çıxması ilə bu proses davam etdi. Heç kim ilk intifazədə müqavimətin əsaslı və təyinedici rolunu inkar edə bilməz. İkinci intifazədə də müqavimətin rolu əsaslı və önəmli idi. Bu intifazə, sonda sionist rejimi Qəzzədən çıxmağa məcbur etdi. 33 günlük Livan müharibəsi, 22 günlük, 12 günlük və 51 günlük Qəzzə müharibələrinin hamısı müqavimətin gündəliyinin parlaq səhifələridir. Bütün region xalqları, islam dünyası və dünyanın azadlıq sevər insanların hamısının fəxr mənbəyinə çevrilmişdir.
33 günlük müharibədə Livan xalqı və Hizbullahın mübariz müqavimətçilərinə bütün yardım yolları praktiki şəkildə bağlanmışdı. Lakin Allahın köməyi və Livanın müqavimətli xalqının böyük qüvvəsinə arxalanaraq, sionist rejim və onun əsas hamisi, yəni Amerika Birləşmiş Ştatlarına ağır məğlubiyyəti dadızdırdılar ki, artıq bu asanlıqla o diyara hücum etməyə cürət etməyəcəklər. Hazırda müqavimətin məğlubedilməz qalasına çevrilən Qəzzədə ardıcıl müqavimətlər müharibələr dövründə sionist rejimin bir xalqın iradəsi qarşısında durmaqdan daha aciz olduğunu əks etdirdi. Qəzzə müharibələrinin əsas qəhrəmanı bir neçə illik iqtisadi mühasirəyə məruz qalmasına baxmayaraq, iman qüdrətinə arxalanaraq bu qalanı müdafiə edən müqavimətli və mübariz xalqdır. Yeri vardır ki, Fələstinin bütün müqavimət qrupları, İslami Cihadın Səraya əl-Qüds, Həmasın Kətaib İzəddin Qəssam, Fəthin Kətaib Şühəda əl-Əqsa, və Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Kətaib Əbu Əli Mustafa qrupları bu müharibələrdə dəyərli rollarına görə alqışlansınlar.
Qonaqlar və qardaşlar!
Sionist rejimin iştirakı ilə əlaqədar təhlükələr heç vaxt unudulmamalıdır. Buna görə, müqavimət öz işini davam etdirmək üçün bütün lazımi vasitələrə malik olmalıdır və bu yolda bütün xalqlar, region dövlətləri və dünyanın azadlıqsevərlərinin bu müqavimətli xalqın əsaslı ehtiyaclarını təmin etmək vəzifəsi vardır. Belə ki, Fələstin xalqının müqavimətinin əsas bünövrəsi onun yetişdirdiyi qeyrətli övladlarıdır. Fələstin xalqı və Fələstin müqavimətinin ehtiyaclarının təmin olunması önəmli və əsaslı vəzifədir, hamımız ona əməl etməliyik. Bu prosesdə indi məzlum intifazənin əsas yükünü öz çiynində daşıyan qərb sahilində müqavimətin əsas ehtiyaclarına etinasız qalmaq olmaz. Fələstin müqaviməti də öz keçmişindən ibrət alaraq bu önəmli məsələyə diqqət yetirməlidir ki, Fələstin və müqavimət islam və ərəb ölkələri arasında ixtilaflarda və yaxud ölkələrin daxili ixtilafları, etnik və dini ixtilaflara qarışmaqdan daha üstün və dəyərlidir. Fələstinlilər, xüsusilə də müqavimət qrupları öz dəyərli mövqeyinin qədrini bilməli və bu ixtilaflara girməməlidirlər. İslam, ərəb ölkələri, bütün islami və milli cərəyanlar, Fələstin amalının xidmətində durmalıdırlar və qarşılığında heç kim Fələstin qruplarından gözləməlidir ki, onlara tərəfdar olaraq daxili çəkişmələrə girsinlər. Müqavimətə dəstək, bizim hamımızın borcudur, heç kimin kömək qarşılığında onlardan xüsusi gözləntisi olmaq haqqı yoxdur. Bəli, yeganə kömək şərti budur ki, bu köməklər Fələstin xalqının özəyinin, müqavimətin quruluşunun gücləndirilməsi istiqamətində sərf olunsun. Düşmən qarşısında müqavimət düşüncəsinə sadiq qalmaq, onun bütün cəhətlərində müqavimət göstərmək bu köməklərin davamlılığına zəmanət verir. Bizim müqavimətə dair mövqeyimiz prinsipial mövqedir və xüsusi bir qrupa aidiyyəti yoxdur. Biz bu yolda möhkəm olan hər bir qrupla birlikdəyik və bu yoldan çıxan hər bir qrup bizdən uzaqlaşmışdır. Bizim islam müqavimət qrupları ilə əlaqələrimizin dərinliyi yalnız onların müqavimət prinsipinə sadiq qalmaları ilə əlaqədardır.
Diqqət yetirilməli olan digər bir məsələ, Fələstinin müxtəlif qrupları arasında ixtilafdır. Toplular arasında baxış bucaqlarının çeşidliliyinə görə, fərqli baxış təbii və anlaşılası məsələdir. Bu çevrədə qaldığı müddətdə, Fələstin xalqının mübarizələrinin daha da genişlənməsi və həmrəyliyin artmasına səbəb olacaqdır. Lakin problem o zaman başlanacaq ki, bu ixtilaflar savaşa, Allaha eləməmiş, qarşıdurma ilə nəticələnsin. Bu halda müxtəlif cərəyanlar bir-birlərinin qüdrəti və gücünü zərərsizləşdirməklə praktiki olaraq onların hamısının ortaq düşməninin istəyi istiqamətində addım atırlar. İxtilaflar, baxış bucaqları və baxış fərqlərini idarə etmək, bütün əsas cərəyanlarının istifadə etməli olduqları bacarıqdır. Elə bir formada öz mübarizələrinin müxtəlif proqramlarını tənzimləməlidirlər ki, sadəcə düşmənə təzyiq göstərsin və mübarizənin güclənməsi ilə nəticələnsin. Cihad proqramına əsasən milli birlik Fələstin üçün milli zəruri önəm kəsb edir. müxtəlif cərəyanların hamısının Fələstin xalqının tələbini yerinə yetirmək və onu gerçəkləşdirmək istiqamətində çalışacaqları gözlənilir. Müqavimət bu günlər bir çox məkrli planlarla qarşı qarşıya qalmışdır və dostabənzərlər Fələstin xalqının intifazəsi və müqaviməti öz yolundan yayındırmağa və onu Fələstin xalqının düşmənləri ilə gizli anlaşmalarına xərcləməyə çalışırlar. Müqavimət bu tələyə düşməyəcək qədər ayıq-sayıqdır. Xüsusilə də Fələstin xalqı mübarizələr və müqavimətin həqiqi lideridir və ötən təcrübələr bu xalqın şəraiti dəqiq qiymətləndirərək belə yayınmalara mane olduğunu, Allah eləməmiş müqavimət cərəyanlardan birinin bu tələdə düşdüyü halda, bu xalqı keçmişdə olduğu kimi öz ehtiyacını təmin etdiyini sübuta yetirmişdir. Əgər bir qrup müqavimət bayrağını yerə qoyarsa, yəqin ki, Fələstin xalqının qəlbindən başqa bir qrup yaranacaq və o bayrağı əlinə alacaqdır.
Siz hörmətli iştirakçılar bu iclasda yalnız Fələstin məsələsini araşdıracaqsınız. Təəssüflər olsun ki, son bir neçə ildə bu məsələyə lazımi və zəruri diqqətdə səhlənkarlıqlar baş vermişdir. Yəqin ki, regionda və islam ümmətində mövcud böhranlara diqqət yetirilməlidir. Lakin bu toplantının əsas məqsədi Fələstin məsələsidir. Bu iclas bir örnək ola bilər. Belə ki, get-gedə bütün müsəlmanlar və region xalqları öz ortaqlıqlarına arxalanaraq ixtilafları aradan qaldırar və onları tək-tək həll etməklə Məhəmməd (s.ə.s) ümmətinin daha da güclənməsinə şərait yaradar.
Sonda bir daha siz hörmətli qonaqlara dəyərli iştirakınızla əlaqədar təşəkkürümü bildirirəm. Həmçinin İslam Şurası Məclisinin hörmətli sədri və 11-ci parlamentdəki əməkdaşlarına bu konfransın təşkili üçün çəkdikləri zəhmətə görə təşəkkür edirəm. İslam dünyasının əsas məsələsi, müsəlmanların və dünya azadələrinin hamısının birlik mehvəri olan Fələstin məsələsinə xidmətdə sizin hamısına Allah-taaladan uğurlar diləyirəm.
Bütün islam şəhidləri, xüsusilə də sionist rejim qarşısında müqavimətin ali məqam şəhidləri, eləcə də müqavimət cəbhəsinin sadiq mübarizləri, habelə Fələstin məsələsinə ən çox təşəbbüs göstərən İslam Respublikası banisinin pak ruhuna Allah-taalanın salamı və rəhməti olsun. Uğurlar arzulayıram.
Vəssəlamu əleykum və rəhmətullahi vəbərəkatuh.


captcha