IQNA

Livan parlamentinin spikeri:

İran bu əməlinə görə hədəfə alınır

9:06 - February 22, 2017
Xəbər sayı: 3481379
Livanın parlament sədri Nəbih Berri Tehranda keçirilən Fələstin konfransında çıxış edib.

İran bu əməlinə görə hədəfə alınır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Livanın parlament sədriNəbih Berri Tehranda keçirilən Fələstin konfransında çıxış edib:

"İranın Fələstin müqavimətinə dəstək olması təqdirəlayiqdir. Bu gün biz bunun şahidiyik ki, İran bu əməlinə görə hədəfə alınır. İsrailin şəhərcik layihəsinə davam etməsi beynəlxalq aləmə xəyanətdir. Mən islam və ərəb ölkələrindən xahiş edirəm ki, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi məsələsinə etiraz etsinlər. Bütün islam ölkələrinin Fələstin məsələsi ətrafında birləşməsinin vaxtı çatıb.”

captcha