IQNA

Azərbaycanın tanınmış ruhanisi Şeyx Sərdar Hacıhəsənli həbs edilib

10:26 - February 23, 2017
Xəbər sayı: 3481384
Tanınmış ruhani, Azərbaycan Ruhanilər Məclisinin üzvü, "Maide.az" saytının baş redaktoru və Masallı şəhər Cümə imamı Şeyx Sərdar Hacıhəsənli dünən, həftənin 3-cü günü, həbs edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan "KİV"lərinə istinadla verdiyi xəbərə görə, tanınmış ruhani, Azərbaycan Ruhanilər Məclisinin üzvü, "Maide.az" saytının baş redaktoru və Masallı şəhər Cümə imamı Şeyx Sərdar Hacıhəsənli dünən, həftənin 3-cü günü, səhər saatlarında Azərbaycan respublikasının Masallı şəhər polisi tərəfindən həbs edilib.

Məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə Cümə namazı qıldığına görə polisə şikayət edib.

Şeyx Sərdara qarşı rayon prokrorluğunda Cinayet Məcəlləsinin 168-1.3 (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması) maddəsi ilə ittiham irəli sürülərək barəsində həbs qətiimkan tədbiri qərarı çıxarılıb.

İslaminSesi-nin məlumatına görə, məsələ ilə bağlı açıqlama verən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirib ki, Sərdar Hacıhəsənliyə qarşı baş verənlər qəbul edilməzdir.

Hacı Şeyx Sərdar Hacıhəsənlinin polis tərəfindən saxlanılması və məlum maddə ilə ittiham olunmasının qəbul edilməz olduğunu söyləyən Hacı İlham Əliyev, "Şeyx Sərdar, bölgənin tanınmış və nüfuzlu din xadimi olmuş mərhum Bəylər əminin ləyaqətli və nüfuzlu tələbələrindəndir”, -deyə bildirib.

AİP-in sədr əvəzi onu da qeyd edib ki, Şeyx Sərdar xaricə getməzdən öncə də müqəddəs İslam dininin təbliği ilə məşğul olub: "Biz bu ittihamı qeyri-səmimi qəbul edir və məhkum edirik.

Əldə olunan son məlumatlara görə, bu gün məhkəmə önündə Şeyx Sərdarın qardaşı oğlu Anar İsazadə ilə birgə daha 3 nəfər saxlanılıb.

Bu 3 nəfər isə peşə borcunu yerinə yetirmək üçün məhkəmə önünə gələn jurnalist Mirələm Həşimov və Masallı dindarlarından Elnur Məhərrəmov və Mir Emil Qurablıdır.⁠⁠⁠⁠





captcha