IQNA

"Biz hamımız Rohangiyalıyıq" kampaniyası

0:01 - February 24, 2017
Xəbər sayı: 3481388
Bir qrup insan haqları aktivistləri yeni bir addımda "rohangiya"lı müsəlmanlara dəstək məqsədilə "biz hamımız rohangiyalıyı" şüarı ilə kampaniya keçirirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bir qrup insan haqları aktivistləri yeni bir addımda "rohangiya"lı müsəlmanlara dəstək məqsədilə "biz hamımız rohangiyalıyı" şüarı ilə kampaniya keçirirlər.

ARAKAN xəbər və informasiya portalının verdiyi məlumatda deyirlir ki, bu kampaniya "allrohingyanow.org" saytı vasitəsilə həyata keçiriləcək. Saytın yaradılmasında məqsəd Myanmarda yaşayan rohangiyalı müsəlman azlıqları cinayətkar dövlətin əziyyət və əzablarından xilas etməkdir.

Həmilə Hənna – insan haqları aktivistlərindən biri, bu kampaniyanın başladılması barədə dedi: Bu kampaniya vasitəsilə çalışacayıq ki, Myanmarda kapital yatıran böyük şirkətlər vasitəsilə Myanmar dövlətinə təzyiqlər göstərək və nəticədə müsəlmanların əziyyət edilməsi, incidilməsi və təqibinə son qoyulsun. Biz inanırıq ki, indiyədək unutduğumuz bu məqamdan, yəni ticari və iqtisadi əlaqələr vasitəsilə Myanmar dövlətinə bu barədə təzyiq göstərmək olar.

O əlavə etdi: Kampaniyanın ilk mərhələsində gündəlik tələbat malları istehsalında dünyanın böyük şirkətləri arasında 3-cü yeri və Myanmarda əsas kapital yatırımlarına sahib olan "Unileve" şirkətinin həmkarlığı ilə bu işə başlamışıq. Çünki bu şirkətin icraçı direktoru Pal Pulimen özü də BMT-nin təhlükəsizlik şurasına Myanmarda genosid baş verdiyi barədə nigarançılığını bildirmişdi.

Hazırda bu kampaniyada dünyanın hər yerindən yüzlərlə insan iştirak edir və biz çalışacayıq ki, bu kampaniya vasitəsilə Myanmarda kapital sahibi olan şirkətləri Mynarmarda baş verən cinayətlərin qarşısını almağa həvəsləndirək.

Kampaniya iştirakçıları və təşkilatçıları inanırlar ki, Myanmardakı cinayətlərin qarşısını almaq məqsədilə bu ölkədə nüfuzu olan şəxslərin nüfuzundan dövlətə təzyiq üçün istifadə etmək ən təsirli metoddur.

http://iqna.ir/fa/news/3577514


captcha