IQNA

Kanadalı qeyri-müsəlman xanımlar bir ay "hicab" təcrübə edəcəklər

9:36 - February 24, 2017
Xəbər sayı: 3481390
Kanadanın "Fort Mc. Murray" şəhərinin qeyri-müsəlman xanımları müsəlman xanımlara dəstək və həmrəylik məqsədiylə şəhərdə bir ay müsəlman xanımların hicabı bağlayaraq gəzəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son illərdə "islamofobiya" dalğalarının çoxaldığı və müsəlmanların ibadət ocaqları və məscidlərinin daha çox hücuma məruz qaldığı ölkələrdən biri də Kanadadır. Bu arada "hicab"lı xanımlar da bu "islamofob" hücumardan amanda qalmamış və dəfələrlə irqi və dini ayrı-seçkiliyə və küçə hücumlarına məruz qalmışlar.

Buna görə də Kanadanın Alberta əyalətinin "Fort Mc. Murray" şəhərinin qeyri-müsəlman xanımları müsəlman xanımlara dəstək və həmrəylik məqsədiylə şəhərdə tarixi müəyyən edildikdən sonra bir ay müsəlman xanımların İslami geyimi olan təsəttür və hicabı bağlayaraq gəzəcəklər.

Alberta ştatının "Fort Mak Murrey" şəhərində baş verən bu məsələ Kanadada 2014-cü ildən bu yana keçirilən "Dünya Hicab Günü" (World Hijab Day) tədbirində bu il fərqli maraq doğurub.

Kanadada "Dünya Hicab Günü" təsisçilərindən biri və bu tədbirin təşkilatçısı Kiran Malik Xan artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirərək deyib: "Dünya Hicab Günü" bizim fəaliyyətlərimiz maraqla qarşılandı, bəzi qeyri-müsəlman xanımlar "hicab" barədə suallar soruşdular ki, bu sayaq suallar bizim üçün əhəmiyyətli idi.

Kiran Malik Xan "hicab"ın təqdimatı barədə keçirilən proqramların yaxşı nəticə verdiyinə işarə edərək dedi: Neçə gün öncə qeyri-müsəlman xanımlardan bir qrupu mənə xəbər verdilər ki, bir ay cəmiyyətdə hicabla gəzmək istəyirlər və bu işdən hədəfləri müsəlman xanımlara dəstək, onlarla həmrəylik nümayiş etdirmək və həmçinin onlar barəsində zenhlərdə və dillərdə gəzən önyarğıların yanlış olduğunu hamıya açıqlmaqdır.

http://iqna.ir/fa/news/3577543


Teqlər: iqna ، kanada ، hicab ، hicab günü
captcha