IQNA

İnsan Haqları Gözətçisi Bəhreyndə mülki şəxslərin mühakimə olunması metodunu pislədi

7:54 - February 25, 2017
Xəbər sayı: 3481391
BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatı bəyaniyyə yayaraq Bəhreyn dövlətinin mülki vətəndaşları hərbi məhkəmədə mühakimə etmək üçün qərara aldığı qanun layihəsini pislədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatı bəyaniyyə yayaraq Bəhreyn dövlətinin mülki və sivil vətəndaşları hərbi məhkəmədə mühakimə etmək üçün qərara aldığı qanun layihəsini pisləyib.

"əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalının yaydığı məlumatda görə, keçən həftənin Cüməaxşamı günü, 23 Fevral 2017- ci il, BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatının yaydığı bəyaniyyədə deyilir: Belə bir qanun layihəsinin regionda terrorizmin genişlənməsi və buna görə də istintaq və mühakimənin gedişatını sürətləndirmək bəhanəsi ilə ölkənin Ali Şurası və Parlamentində müzakirəyə çıxarılması və qanunilik donunun geyindirilməsi insan haqlarının kobud şəkildə pozulmasıdır və təkcə istintaq və mühakimənin gedişatını sürətləndirmək məqsədi ilə belə bir layihənin müzakirəyə çıxarılması yolverilməzdir.

BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatı vurğulayır: İndiyədək Bəhreyn məhkəmələrində ki, "ədalətli məhkəmə" adı ilə keçirilir, dəfələrlə insan haqlarının təşkilatlanmış və kobud şəkildə pozulması barədə məlumatlar almışıq. Bu halların hamısının Bəhreyn iqtidarının siyasi müxaliflərinin hərbi və mədəni məhkəmələrində baş verdiyini bilirik.

BMT-nin İnsan Haqları Gözətçisi Təşkilatının Orta Şərq məsələləri üzrə rəis müavini bu barədə vurğulayıb: Bəhreynin mədəni və hərbi məhkəmələri repressiyaçı qrumlardırlar ki, siyasi məhbusların məhkəmə işlərinin gedişatında bütün beynəlxalq qanunları məsxərəyə qoyaraq ayaq altına atırlar.

O əlavə etdi: Bu məsələnin çarə və həll yolu Bəhreyn hərbi məhkəmələrinin gedişatını və istintaq axarını sürətləndirmək deyil, çünki elə indiki vəziyyətdə də məhkumlara zülm edilir.

http://iqna.ir/fa/news/3577680


Teqlər: iqna ، bəhreyn ، bmt ، hərbi məhkəmə
captcha