IQNA

Beynəlxalq Amnistiya Təşkilatı Myanmardakı etnik təmizləməni qınadı

8:22 - February 25, 2017
Xəbər sayı: 3481392
Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı illik hesabatında Myanmarda müsəlmanlara qarşı keçirilən etnik təmizləməni məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı illik hesabatında Myanmarda müsəlmanlara qarşı aparılan etnik təmizləməni məhkum etdi.

ARAKAN xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı "Dünyada İnsan Haqlarının Vəziyyəti" adlı illik hesabatında hələ də minlərlə rohangiyalı müsəlman hüquqi şəxsiyyətini təsdiq edən milli kimliyinin olmasından məhrumdur. Və bunun da nəticəsində Myanmarda müsəlmanlar etnik təmizləməyə və öz diyarından qaçqın düşməyə məruz qalıblar.

Beynəlxalq Amnistiya Təşkilatı hesabatın davamında bildirir ki, bu təşkilatının əldə etdiyi məlumatlara görə, Myanmar hərbiçiləri "rohangiya"lı svil və mülki müsəlmanlara qanunsuz olaraq atəş açıb, onları qətliam ediblər, onlara təcavüz ediblər və onları özbaşlarına həbsə alıblar.

Hesabatda deyilir: Mynamar dövlətinə bağlə media qrumları və "kiv" vasitələri də mətbuatda müsəlmanları insan saymayacaq dərəcədə məqalələr və materiallar dərc edirlər ki, bu məsələdə çox nigaranedicidir.

Myanmarın şimal- qərbində yerləşən ARAKAN (Raxin) əyalətinin "Rohangiya" regionunda yaşayan müsəlman azlıqlar keçən ilin payız aylarından myanmarlı hərbi qoşunların vəhşi hücumlarına məruz qalmış və buddistlərin qeyri-insani hücumlarının ucbatından evlərindən didərgin düşmüşlər.

Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatının 2016- 2017- ci il üçün hazırladığı "Dünyada İnsan Haqlarının Vəziyyəti" barədə hazırladığı illik hesabatda dünyanın 51 ölkəsinin insan haqları barədə geniş təhlil verilmişdir.

http://iqna.ir/fa/news/3577652


Teqlər: iqna ، myanmar ، raxin ، arakan ، rohangiya
captcha