IQNA

BƏƏ-də Quran yarışlarının final mərhələsi

8:47 - February 25, 2017
Xəbər sayı: 3481393
BƏƏ-nin "Hind ibn Məktum" adına Beynəlxalq Quran-Kərim Müsabiqəsinin kişilər arasında keçirilən 18-ci turunun final mərhələsi bu ölkənin "Dubay" şəhərində keçirilməkdədir.

IQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "quran.gov.ae" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin "Hind ibn Məktum" adına Beynəlxalq Quran-Kərim Müsabiqəsinin kişilər arasında keçirilən 18-ci turunun final mərhələsi bu ölkənin "Dubay" şəhərində keçirilməkdədir.

BƏƏ-nin "Hind ibn Məktum" adına Beynəlxalq Quran-Kərim Müsabiqəsinin kişilər arasında keçirilən 18-ci turunun final mərhələsi cari həftənin 3-cü günü (22 Fevral 2017) başlayıb və gələn həfətnin 2-ci gününədək (28 Fevral 2017) davam edəcəkdir.

Bu yarışlar "Dubay Quran Mükafatı Beynəlxalq Müəssisəsi"nin "Əlməmərz" şəhərindəki daimi qərargahında keçirilir.

İbrahim Məhəmməd Buməlhə - "Dubay Quran Mükafatı Yarışları"nın təşkilatçı komitəsinin rəisi və Dubay valisinin Mədəni İşlər üzrə müşaviri, bu barədə dedi: Bu yarışların final mərhələsində 66 nəfər iştirak edəcəkdir. Yarışlar Quran-Kərimin hamısını əzbər bilənlər, 20 cüz əzbər bilənlər, 10 cüz əzbər bilənlər və 5 cüz əzbər bilənlər arasında və bütün yaş qruplarına aid olmaqla və 10 yaşında aşağı olanların 5 cüz Quran hifzi yarışları ilə altı pillədə keçirilir. Bundan əlavə yerli sakinlər arasında 5 yaşından aşağı uşaqlar 3 cüz Quran hifzi yarışında iştirak edəcəklər.

Qeyd edək ki, bu yarışın haşiyəsində zehni əlillər üçün Quran-Kərimin 30-cu cüzinin hifzi yarışları da keçiriləcək.

http://iqna.ir/fa/news/3577658


captcha