Fevralın 24-də Kaduna şəhərində küçələrə çıxan nigeriyalılar əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyaraq, ölkə rəsmilərindən Nigeriya məhkəməsinin qərarına riayət etmələrini və Şeyx Zəkzakini qeyd-şərtsiz və dərhal azad etmələrini istəyib.
Nümayişçilər hökumətin Şeyx Zəkzakini azadlığa buraxmamaqla bağlı qərarını qınayıb və beynəlxalq təşkilatlarla insan haqları qurumlarından bu məsələyə müdaxilə etmələrini istəyib. (deyerler)