IQNA

Kaliforniya universitetində Quran tərcümələri və Hicab sərgisi

18:18 - February 26, 2017
Xəbər sayı: 3481398
Kaliforniyanın "Çapman" universitetinin müsəlman tələbələri "hicab günü" sərgisi keçirərək İslam barədə yaranmış yanlış təsəvvür və "islamofobiya" ilə mübarizədə öz rollarını ifa etməyə çalışdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the panther" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Kaliforniya əyalətinin "Çapman" universitetinin müsəlman tələbələri "hicab günü" sərgisi keçirərək İslam barədə yaranmış yanlış təsəvvür və "islamofobiya" ilə mübarizədə öz rollarını ifa etməyə çalışdılar.

Bu proqram çərçivəsində sərgiyə baxış keçirənlər üçün İslami geyim modellərini, o cümlədən "hicab" və İslami papaq geyinməyi sınamaq üçün də lazım olan şərait yaradılıb və sərginin ziyarətçilərinə hicab bağlama metodları da öyrədilib. Bundan əlavə qonaqlara İslam mədəniyyəti barədə danışılıb, İslami ölkələrin yeməklərindən təqdim edilib.

İslami geyimlər sərgisinin haşiyəsində Quran- Kərimin İngilis dilinə müxtəlif tərcümə nüsxələrinin də sərgisi keçirilib.

Kaliforniyanın "Çapman" universitetinin müsəlman tələbələri birliyi bu sərginin keçirilməsində "Orenc Kanti" İslam müəssisəsindən də maddi köməklər alıblar. Bu müəssisə sərgi ziyarətçilərinə hədiyyə paylmaq üçün 150 yaylıq, 30 kişi papağı (araqçın) göndərib.

Bu sərgi Kaliforniyanın "Çapman" universitetinin qeyri- müsəlman tələbələri tərəfindən da maraqla qarşılanıb. Tələbələrdən biri öz təəssüratını belə izah edib: Mən bu sərgidən öncə hicab örtülməsinin fəlsəfə və hədəfini dərk edə bilməmişdim, amma burada müsəlman birliyinə üzv tələbələrdən biri bunu mənim üçün açıqladı və izah etdi ki, hədəfimiz insanları digərlərinin zahirinə deyil, şəxsiyyət və təfəkkürünə dəyər verməyə dəvət etməkdir.

http://iqna.ir/fa/news/3577878

روز حجاب دانشگاه چپمن

روز حجاب دانشگاه چپمن



Teqlər: iqna ، hicab ، sərgi ، quran
captcha