IQNA

Fələstinin İslami bankı xəstələrə borc pul verəcək

7:36 - February 27, 2017
Xəbər sayı: 3481399
Fələstinin SƏFA İslam bankı ehtiyaclı xəstələrə borc pul vermək üçün ölkənin dörd xəstəxanası və müalicə mərkəzi ilə müqavilə bağlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin SƏFA İslam bankı ehtiyaclı xəstələrə borc pul vermək üçün ölkənin dörd xəstəxanası və müalicə mərkəzi ilə müqavilə bağlayıb.

"Səfa" bankı Fələstinin yeni təsis edilmiş banklarından biridir ki, İslami bankçılıq sistemi ilə fəaliyyət göstərir.

Yeni yaradılmış İslami bank öz fəaliyyətləri yönündə Fələstinin Raməllah və Nablos şəhərlərində dörd xəstəxana və müalicə mərkəzi ilə ehtiyaclı xəstələrə borc pul vermək barədə müqavilə bağlayıb.

"Səfa" İslami bankı ilə "tibbi müşavirə və məsləhət klinikası", "ixtisaslaşdırılmış xəstəxana", "Nur göz xəstəxansı" və "Rəzan İVF mərkəzi" (süni mayalanma universiteti) arasında bağlanan müqavilənin imzalanması mərsimində Raməllah şəhərinin meri də iştirak edib.

Bu müqaviləyə əsasən Səfa İslami bankı bu dörd xəstəxanın müalicə və dərman işləri üçün sərmayə qoyacaq və bu xəstəxanalara müalicə üçün müraciət edən xəstələr istəyərlərsə, Səfa Bankdan borc pul və kredit götürə bilərlər.

Bu layihə Fələstində ilk dəfədir ki, icra edilir və sığortası olmayan ehtiyaclı xəstələrin müalicə işlərinin asanlaşdırılması məqsədi ilə həyata keçirilib.

http://iqna.ir/fa/news/3577923


captcha