IQNA

Baş gözü olmasa da ürək gözü ilə Quranı hifz etdi + Foto

7:59 - February 27, 2017
Xəbər sayı: 3481400
Misirin "Büheyrə" əyalətinin "Əbu Ğürarə" kəndində yaşayan Şeyx Atif Məhəmməd Məhmud Səid gözləri görməsə də ürək nuru ilə bütün Quranı əzbərləyə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quran hafizləri və qariləri ilə məşhur olan Misirin "Büheyrə" əyalətinin "Əbul-Mətamir" şəhərinin "Əbu Ğürarə" kəndində yaşayan Şeyx Atif Məhəmməd Məhmud Səid gözləri görməsə də ürək nuru ilə bütün Quranı əzbərləyə bilib.

Allah- Taala Şeyx Atif Məhəmməd Məhmud Səidin gözlərinə Günəşin işığını görmək nemətini verməsə də, onun ürəyini Quranın nuru ilə işıqlandırmışdır.

Görmə qabiliyyətini itirən Şeyx Atifə kasıb ailədə yaşaması və gözünün görməməsi Quran- Kərimi əzbərləməkdə əngəl ola bilməyib. O, uşaq çağlarından Quranı dinləməyə başlayır, Quranı düzgün təcvid ilə oxumağı öyrənir, 26 yaşında Quranı hifz etməyə başlayır və nəhayət 10 ildən sonra 36 yaşında ikən bütün Quranı əzbərləyə və hifz edə bilir.

Yeddi nəfərlik ailəsini dolnadırmaq üçün kəndin varlılarının ağır işlərini görən atasına kömək etməyi özünə lazım və vacib bilən Şeyx Atif gözlərinin görmə qabiliyyətini itirməsinə baxmayaraq həyətlərində velosiped təmiri dükanı açıb və bu yol ilə ailəsinin ruzisinə kömək edir.

Misirin "əl-yəvm əs-sabe" qəzetinə müsahibə verən Şeyx Atif Məhəmməd Məhmud Səid Quranı hifz etmək nemətini ona verdiyi üçün Allaha şükr edir və deyir ki, təkcə arzusu evinə yaxın bir yerdə daimi və münasib bir işinin olması, evini tikməsi və bundan sonra isə atan və anası ilə birlikdə Həccə getməkdir.

Şeyx Atif Məhəmməd Məhmud Səid xalası qızı ilə evlidir və 4 uşağı vardır.

http://iqna.ir/fa/news/3578296

روشندلی که با نور دل حافظ قرآن شد + عکس

روشندلی که با نور دل حافظ قرآن شد + عکس

روشندلی که با نور دل حافظ قرآن شد + عکس

روشندلی که با نور دل حافظ قرآن شد + عکس

روشندلی که با نور دل حافظ قرآن شد + عکس


captcha