IQNA

Türkiyədə "qəlbinur"lara Quran- Kərimi "bril" əlifbası ilə oxumaq öyrədilir

0:02 - March 08, 2017
Xəbər sayı: 3481427
Türkiyənin Ordu şəhərinin Quran təlimi kurslarında "qəlbinur"lara (görmə qüsuru olan əlillərə) 64 gün ərzində Quran-Kərimin üzünə oxunuşu öyrədilir.

Türkiyədə

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" (AA) xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Türkiyənin Ordu şəhərinin Quran təlimi məktəbində beş nəfər "qəlbinur"a (görmə qüsuru olan) 64 gün ərzində "bril" əlifbasının köməyi ilə Quran-Kərimin üzünə oxunuşu öyrədildi.

Bu təlim kursunun əsas xüsusiyyəti Quranın üzünə oxunuşunun öyrəniləməsinin qısa zamanda və sürətlə həyata keçirilməsidir.

Türkiyənin Ordu şəhəri meri bu təlim kurslarında 5 nəfər "qəlbinur"un 64 saat ərzində Quran oxumağı öyrənməsinə işarə edərək bu barədə deyib: Bu məsələ həqiqətən də çox tərifəlayiq bir iş oldu və onlar çox böyük sevinc və həvəslə Quran təlimi kurslarında iştirak etdilər. "Qəlbinur"ların Quran- Kərimi öyrənmək üçün göstərdiyi səylər onların möhkəm iradəsinin göstəricisidir. Və həmçinin onların Quranı öyrənməyə göstərdikləri həvəs və maraq Quran müəllimlərində də daha çox fəaliyyət üçün motivasiya yaradır.

O əlavə edib: Biz "OXU" əmri ilə başlayan bir dinin ardıcıllarıyıq. Buna görə də lazım və zəruridir ki, "görmə qüsuru" olan vətəndaşlarımız da Quran oxumağı bacarsınlar. Mən və həmkarlarım bu məsələyə böyük önəm veririk, bu bizim üçün əhəmiyyətlidir və Quran fəaliyyətlərinin genişləndirilməsi üçün çalışacayıq.

http://www.iqna.ir/fa/news/3581581



captcha