IQNA

İraqda "Səid ibn Cübeyr" adına beynəlxalq Quran festivalı başladı

1:00 - March 09, 2017
Xəbər sayı: 3481431
İraqın Vasit əyalətində "Səid ibn Cübeyr" adına beşinci beynəlxalq Quran festivalı bu gün, həftənin 3-cü günü, 9 Mart 2017-ci il, öz işinə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Vasit əyalətində "Səid ibn Cübeyr" adına beşinci beynəlxalq Quran festivalı bu gün, həftənin 3-cü günü, 9 Mart 2017-ci il, öz işinə başlayıb.

"QAF" xəbər agentliyinin informasiya blokunun yaydığı məlumatda deyilir ki, bu festivalının açılış mərasimi İraqın Vasit əyalətinin əl-Kut şəhərinin bələdiyyə idarəsinin toplantı zalında keçirilib.

Bu festival üç gün müddətində Quranla üns məclisləri təşkil edilərək Vasit əyalətinin orta məktəb, kollec, universitet, tələbə birlikləri və dövlət idarələrində keçiriləcəkdir.

"Səid ibn Cübeyr" adına beşinci beynəlxalq Quran festivalının keçirilməsində İraqın Quran fəaliyyətləri ilə məşğul olan müəssisə və birlikləri, müqəddəs ziyarətgahlar, Quran qariləri və 20 ölkədən olan xarici qonaqların iştirakı və həmkarlığı ilə keçirilir.

Xatırladaq ki, Səid ibn Cübeyr xalis şiə və tabeii olub. O, İmam Əlinin (ə) xilafətinin axır günlərində anadan olub, İmam Həsən, İmam Hüseyn və İmam Zeynül-Abidinin (ə) zamanını dərk edib. Qari, hafiz və təfsirçi olub. Hicrinin 95-ci ilində 57 yaşında Həccac ibn Yusif Səqəfi tərəfindən qətlə yetirilib.

http://iqna.ir/fa/news/3582062


captcha