IQNA

Almaniyanın "Humboldt" universitetində "Dinlər İnistitutu" təsis edilir

7:05 - March 09, 2017
Xəbər sayı: 3481432
Almaniyanın Berlin şəhərinin "Humboldt" universitetində 2018-ci təhsil ili üçün "Dinlərin Araşdırılması İxtisaslaşdırılmış İnistitutu" təsis ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Berlin şəhərinin "Humboldt" universitetində 2018-ci təhsil ili üçün "Dinlərin Araşdırılması İxtisaslaşdırılmış İnistitutu" təsis ediləcək.

Bu barədə İQNA xəbər agentliyinə İran İslam Respublikasının Almaniyadakı Mədəni Əlaqələr İdarəsinin məsulu məlumat verib.

"Dinlərin Araşdırılması İxtisaslaşdırılmış İnistitutu" dinlərin mütaliəsi və araşdırılması yönündə olan tədris və tədqiqat proqramlarını Berlinin Ali Təhsil Ocaqlarının dini araşdırma müəssisələri və "Berlin Azad Universiteti"nin həmkarlığı ilə həyata keçiriəcəkdir.

Almaniyanın Protestant Ali Təhsil Mərkəzi də "Dinlərin Araşdırılması İxtisaslaşdırılmış İnistitutu" ilə gələcəkdə həmkarlıq etmək fikrindədir.

Almaniya dövləti humanitar elmlərn genişləndirilməsi və inkişafı yönündə 3 illik proram hazırlayaraq bu məsələ üçün xüsusi büdcə ayrıb. 2017-ci ildən 2019-cu ilədək həyata keçiriləcək bu proqramın icrası istiqamətində İslamşünaslıq və Şərqşünaslıq fənləri və ixtisasları xüsusi büdcə ilə himayə ediləcəkdir.

Qeyd edək ki, sekulyar cəmiyyətlərdə dinlər mövzusu son illər ərzində ən geniş mütaliə, müzakirə və tədqiqat mövzularından birinə çevirilmişdir.



captcha