IQNA

Avstraliyanın cənubunda şiələrə məscid tikmək üçün icazə verilib

11:09 - March 10, 2017
Xəbər sayı: 3481436
Avstraliyanın cənubunda yerləşən Salisbury şəhər Ali Şurası bu regionda yaşayan şiə müsəlmanlara özlərinə məxsus məscid və qəbiristanlıq tikmələrinə icazə verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyanın cənubunda yerləşən Salisbury şəhər Ali Şurası bu regionda yaşayan şiə müsəlmanlara özlərinə məxsus məscid və qəbiristanlıq tikmələrinə icazə verib.

Bu xəbərə görə, Salisbury şəhər Ali Şurası şiə cəmiyyəti üçün iki mərtəbəli məscid binasının tikilməsi üçün icazə verən sənədləri imzalayıb.

Bu məscidin 500 nəfərlik iki namazxanası, toplantı zalı, oyun yeri, 150 maşınlıq dayanacaq və qəbiristanlıq üçün yeri olacaqdır.

Bu məscidin tikilib başa gəlməsi üçün ehtimal olunan məbləğ 3 milyon Avstraliya dollarıdır.

Avstraliyada bundan öncə də "hezarə şiə"ləri üçün məscid tikilməsinə icazə verilmişdi və yeni məscidin tikiliş icazəsi alındıqdan sonra artıq şiə məcsidlərinin sayı ikiyə çatacaqdır.

Bundan öncə Adlayd şəhəri yaxınlığında yerləşən Salisbury regionunun yerli vətəndaşları müsəlmanlar üçün ibadət evlərinin tikilməsinə məhdud etirazlar etmişdilər.

http://iqna.ir/fa/news/3582373


captcha